Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-02-2016, 17:16)
Xristian dünyası birləşir: Müsəlmanlar üçün yeni təhlükə

 

 

Xristian dünyası böyük bir hadisəyə - tarixdə ilk dəfə baş tutacaq Papa-Patriarx görüşünə hazırlaşır.

Mediatv.az xəbər verir ki, Roma Papası Fransisk ilə Rusiya patriarxı Kiril fevralın 12-də Kubada, Havana aerportunda bir araya gələcəklər.

Bu ideya ilk dəfə 1996-cı ildə, hələ İohann Pavel ilə Patriarx II Aleksinin zamanında ortaya atılmşdı, xristian dünyası düz 20 il idi ki, onun nə zaman reallaşacağını gözləyirdi. Və budur, çox mürəkkəb geosiyasi məqamda papa ilə patriarx görüşəsi oldular. Niyə məhz indi? Nə baş verir?

İlk şübhəni yaradan elə görüşün rəsmi məqsədidir: dünyada xristianların təqib olunması və sıxışdırılmasına qarşı tədbir görmək. Rusiya patriarxlığının saytında elə belə də yazılıb: “Yaxın Şərqdə, Şimali və Mərkəzi Afrikada və bir sıra başqa regionlarda ekstremistlər xristian əhaliyə qarşı əsl genosid həyata keçirirlər. Bu, təcili tədbirlərin görülməsini və xristian kilsələri arasında daha sıx əlaqənin qurulmasını tələb edir. İndiki faciəvi situasiyada daxili narazılıqları kənara qoymaq və xristianların amansız təqibə məruz qaldıqları regionlarda onları xilas etmək üçün səyləri birləşdirmək lazımdır”. 

Bu, artıq sözün bitdiyi yerdir. Burada aşıq sazı basır sinəsinə və deyir ki, “gəl, gedək, Papaya bir salam verək”. Sən demə, biz hamımız səhvən elə bilirmişik ki, Yaxın Şərqdə və Afrikada yaradılan xaosda qırılan müsəlmanlardır. Xeyir. “Ərəb Baharı” ilə xaos girdabına gömülən, vətəndaş müharibəsinə düçar olan, ölkələrini atıb Avropaya axışan və orada min cür zillətlə rastlaşanlar, heç demə, yazıq xristialar imiş! Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Misirdə xristianlar nəinki qırılırmış, hətta onlara qarşı əsl genosid aparılırmış! Maraqlıdır, kim tərəfindən? Yəqin, dünyadakı hegemon müsəlman dövlətləri tərəfindən! Və indi katoliklərlə pravoslavlar səylərini birləşdirirlər ki, “məzlum xristianları” bu zülmdən xilas etsinlər.

Elə buradanca görünür ki, görüşün əsl məqsədi tamamilə başqadır, sadəcə, təşkilatçılar onu naşılıqla ört-basdır eləməyə çalışıblar. Üstəlik, o da qəribədir ki, görüşü kimin təşkil etdiyi də məlum deyil. Gizli əllər olan yerdə isə yada məşhur bir qurum düşür.

Maraqlıdır: bir tərəfdə müsəlman dünyasında sünni-şiə ziddiyyəti daha da gərginləşir və dərinləşir. İran ilə Səudiyyə Ərəbistanı öz ətraflarında məzhəb koalisiyası yaratmağa çalışırlar. Sünni və şiələr sözün hərfi mənasında bir-birinin başını kəsir. Və heç kim demir ki, bu vəhşətə son qoymağın zamanıdır. Qarşı tərəfdə isə əks proses gedir: xrisrtian dünyasının iki böyük məzhəbi ortada heç bir ciddi təhlükə olmadığı halda, birləşirlər. Nəyə qarşı – məlum deyil. Amma orası bəllidir ki, bu iki proses bir medalın iki üzüdür.

Amerikalı tarixçi, xüsusi xidmətlər tarixi üzrə ekspert Naycel Uest “Üçüncü sirr” adlı kitabında göstərir ki, CİA Avropada kommunizm təhlükəsinin qarşısını almaq üçün Papa İohan Paveldən aktiv istifadə edirdi. Bu məqsədlə Polşada yaradılan “Solidarnost” hərəkatına da Papanın əlilə dəstək verilirdi. KQB bunu bilirdi və istisna deyil ki, 1981-ci ildə Papaya edilən sui-qəsd də onun nəticəsi olub.

Yəni qlobal siyasi proseslərdə Roma Papasından fiqur kimi istifadə etmək təcrübəsi var. 1985-ci ildə Qorbaçovla Reyqanın SSRİ üçün faciəvi görüşündə də Papanın rolu olmuşdu. Və əgər belə məqsədlərlə çox güclü xarizmatik şəxsiyyət olan II İohan Paveldən istifadə edilirdisə, lazım gəlsə, əlbəttə, Fransiskdən də faydalana bilərlər. Lazım da, görünür, gəlib.

İstisna deyil ki, bu görüş gizli xidmətlərin və beyin mərkəzlərinin əlilə təşkil edilib və bir qədər sonraya hesablanmış planlara start vermək məqsədi daşıyır. Aydındır ki, xristianlar əzildiklərini iddia edərək, birləşirlərsə, bu, müsəlmanlara qarşı olacaq. Ondan sonra məsələn, Yaxın Şərqin yenidən bölünməsinin növbəti mərhələsinə start verilə bilər. Ola bilər ki, Avropadakı müsəlmanlara münasibət xeyli sərtləşsin və xüsusi rejimə keçilsin. Hətta müsəlmanlar üçün “getto”ların yaradılmasına qədər. Çünki əks halda 2050-ci ildə Avropada müsəlmanların xristianlardan çox olacağı heç kimə sirr deyil. Bu isə avropalıların, elə rusların da ən çox qorxduğu məsələlərdən biridir.

Amma əlbəttə, tamamilə mümkündür ki, xristian dünyasının iki böyük dini liderinin siyasət oyununa qarışması bu gün hələ heç kimin görə bilmədiyi başqa planlara da hesablanıb. Bütün hallarda, bu, müsəlman dünyası üçün ciddi həyəcan siqnalı olmalıdır. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024