Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-10-2015, 15:37)
Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarılır

saakavili.jpg

Gürcüstan Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı prosedurlara başlayıb. 

Mediatv.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin ədliyyə naziri Teya Çulukiani bildirib.

Onun sözlərinə görə 23 oktyabrda Gürcüstana Mixail Saakaşvilinin Ukrayna vətəndaşı olması ilə bağlı rəsmi sənəd daxil olub: "Bu rəsmi sənəd əsasında biz Gürcüstan qanunvericiliyi və ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq 30 oktyabrdan etibarən Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığına son verilməsi üçün prosedurlara başlayırıq".

Nazir bildirib ki, bu haqda Saakşviliyə rəsmi şəkildə məlumat veriləcək. Ona öz mövqeyni aydınlaşdırmaq üçün ağılabatan müddət də veriləcək. Bundan sonra isə Ədliyyə Nazirliyinin Xidmətlərin İnkişafı üzrə Agentliyi Saakaşvilinin vətəndaşlığına son verilməsi üçün sənəd hazırlayaraq son qərarın verilməsi üçün prezidentə təqdim edəcək.

Qeyd edək ki, Saakaşvili 2004-cü ilin yanvarından 2013-cü ilin noyabr ayınadək Gürcüstan prezidenti postunu tutub. Prezidentlik müddəti bitdikdən sona o, ABŞ-a gedib. Bu il 30 mayda isə Ukrayna prezidenti tərəfindən Odessa vilayətinin qubernatoru təyin olunub.

Gürcüstan qanunvericiliyinə əsasən digər ölkənin vətəndaşlığını almaq Gürcüstan vətəndaşlığının itirilməsinə əsas verir. Əcnəbilər prezidentin qərarı əsasında ikili vətəndaşlıq ala bilərlər.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024