Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-09-2015, 11:58)
Gözlərin açılması üçün bu uşaq ölməliydi? - FOTO

Gözlərin açılması üçün bu uşaq ölməliydi? - FOTO

Sentyabrın 2-də Türkiyənin Bodrum kurortunda, dənizin sahilə vurduğu uşağın cəsədinin fotosu dünyada milyonlarla insanı şoka salıb.
Bu uşaq Suriyanın Kobani şəhərindən olan 3 yaşlı Aylan Kurdidir.
Mediatv.az The Guardian-a istinadən bildirir ki, Aylan, onun atası, anası, 5 yaşlı qardaşı Qalib və daha 15 nəfər kobanili iki rezin qayıqda Bodrumdan "yola çıxmışdılar". Qayıqlar Aralıq dənizində idilər və Yunanıstanın Kos adasına üzürdülər. 
Fəqət, qayıqdakı miqrantların 12 nəfəri batıblar.
Kurdi ailəsindən sağ qalan yalnız Aylanın atası Abdulladır.
Abdullanın dediyinə görə, ailə üzvlərinin cəsədlərini Kobaniyə aparacaq, orada dəfn edəcək.


Kurdi ailəsi Suriyadakı vətəndaş müharibəsindən qaçan yüz minlərlə suriyalılar arasında idi. Kurdilər əvvəlcə Türkiyəyə üz tutdular. Abdullanın bacısı, 20 il əvvəl Kanadanın Vankuver şəhərinə mühacirət etmiş Tima Kurdinin dediyinə görə, qardaşına və onun ailəsinə yardım etməyə çalışıb.
O, Ottawa Citize-yə bildirib: "Qardaşıma, onun arvadı Rehana, balaca Qalib və Aylana Kanadada qaçqın statusu almaq istəyirdim, buna çalışırdım. Amma mühacirət xidməti iyunda rədd cavabı verdi. Üstəlik, Türkiyədə gərəkli sənədlərin əldə olunmasıyla bağlı problemlər yarandı". 
Türkiyədə hazırda 1,6 milyondan artıq suriyalı qaçqın var. Suriyalı kürdlər rəsmi Ankaradan narazılıq etsə də, " Amnesty International" ekspertlərinin hesabatına görə, Türkiyənin yeni qaçqınları qəbul etməyə, sadəcə, imkanları qalmayıb.
Naçar qalan suriyalılar da Avropa sahillərinə ölümcül yola çıxırlar. BMT-nin açıqlamalarına görə, ötən ilin əvvəlindən 160 min miqrant Aralıq dənizindən keçərək Yunanıstana pənah aparıblar. 


3 yaşlı Aylan Kurdinin ölümü isə Avropa mediası üçün, deyəsən, miqrantların faciəsinin simvoluna çevrilib.
Məsələn, Fransanın Le Monde qəzetinin baş redaktoru Jerom Fenolio Aylanla bağlı məqaləsini "Gözlərimizi açacaq fotoşəkil" adlandırıb və yazıb: "Bu, çox qəddar reallıqdır. Avropa Birliyinin rəhbərliyinin gözləri, nəhayət ki, açılmalı, problemin effektiv həllinə başlanmalıdır".
Balaca Aylanın ölümü on minlərlə miqrantın probleminin həllini sürətləndirib.
Financial Times bildirir ki, Brüsselin hazırladığı yeni plana görə, Avropa Birliyi ölkələri qəbul ediləcək miqrantların sayı ilə bağlı kvotanı 4 dəfə artırmalıdır. Fransa bu qərarı dəstəklədiyini və problemi ən yaxın vaxtlarda Almaniya ilə müzakirə edəcəyini bildirib.
Britaniyanın baş naziri Devid Kemeron da ölkəsinin daha çox miqrant qəbul etməyə hazır olduğunu söyləyib.
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bu həftə AB üzvlərinə müraciət edərək Yunanıstan, İtaliya və Macarıstana yığışmış 160 miqrantın qəbul edilməsinə şərait yaratmağı təklif edəcək.
Halbuki, indiyədək kvota cəmi 40 min miqrant idi...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024