Dünya (25-01-2015, 21:13)
11 yaşlı suriyalı qaçqın döyüldü
Sosial şəbəkənin basqısı nəticəsində qəddar menecer işdən qovuldu
“Agence France-Presse”in Ankaradan verdiyi xəbərdə deyilir ki, şənbə günü İstanbulda suriyalı uşaq restoranın meneceri tərəfindən döyülüb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunur ki, 11 yaşlı suriyalı oğlan uşağı müştərinin yarımçıq qoyub getdiyi qalıq yeməyi yediyinə görə menecerin qəzəbinə gəlib.
Öncə suriyalı uşağın fotosu sosial şəbəkələrdə paylaşılıb. Üz-gözü qan içində olan uşaq pilləkəndə oturduğu yerdə görüntülənib. Hadisə isə fast-fud zənciri kimi tanınan “Burger King”in restoranlarının birində baş verib.
Xəlil, suriyalı qaçqın uşağın adı belədir, o, öz ailəsi ilə Suriyanın Aleppo şəhərindən 2 il əvvəl Türkiyəyə gəlib. O, deyib ki, acından ölürdüm, müştərinin geridə buraxdığı qalıq yeməyi ona görə yeməyə məcbur oldum. Uzun müddət idi ki, yeməyə bir şey tapmırdım. Elə buna görə də restoranın meneceri onun sifətinə zərbə endirib, onu təpikləyib. Agentlik yazır ki, bu hadisə ilə bağlı “Milliyet” qəzeti xəbər hazırlayıb.
Suriyalı uşaq deyib ki, o, yaşamaq üçün İstanbulun küçələrində dilənmək zorundadır.
İctimai qınaqdan uzaqlaşmaq üçün “Burger King” restoranlar zənciri bildirib ki, insidentdən az sonra menecer işdən çıxarılıb. “Bu, qəbuledilməz hadisədir”, restoranın rəsmi açıqlaması belə olub.
Agentlik bildirir ki, Türkiyədə Suriyadan gəlmiş 2 milyon qaçqın yaşayır. Onların çoxu Türkiyə-Suriya sərhəddi boyunca yaradılmış qaçqın düşərgələrində məskunlaşıb. Ancaq onların bir hissəsi isə bütün Türkiyəyə yayılıb. Xüsusən İstanbul və Ankarada Suriyadan olan on minlərlə qaçqın qeyri-qanuni şəkildə yaşayır.(musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024