Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-08-2015, 16:32)
10 günə zibilliyə çevirdiyimiz Göygöl - REPORTAJ - VİDEO

10 günə zibilliyə çevirdiyimiz Göygöl - REPORTAJ - VİDEO

"Hər gün saat 10-dan etibarən Göygöl Milli Parkına avtomobillərin buraxılışı başlayırdı. Amma bu gün artıq saat 11-in yarısıdır, hələ giriş başlamayıb. Çünki ərazidə təmizlik işləri aparılır. Yaxın bir neçə saat ərzində giriş bərpa olunacaq". 

Mediatv.az APA TV-yə istinadən xəbər verir ki, Göygöl Milli Parkının əhalinin istifadəyə verilməsindən bir həftə keçməsinə baxmayaraq, ərazidə mənzərə heç də ürəkaçan deyildi. Bəzi insanların məsuliyyətsizliyi və təbiətə qarşı laqeyd yanaşmaları sonda bu mənzərələri ortaya çıxarıb.
 
Uşaq bezlərindən tutmuş plastik qablara, kağızlara kimi hər növ tullantıları zibil qabına deyil, ətraf əraziyə atanlar sayəsində gölün ərazinə giriş bir neçə saatlıq bağlanıb. 53 park əməkdaşı, Korçay və Eldar Dövlət Qoruğunun 25, Samux ovçuluq təsərrüfatının 10 nəfər əməkdaşı təmizlik işlərinə kömək üçün gəliblər. İki saat davam edən təmizləmədən sonra əhalinin əraziyə buraxılması bərpa olunub.

"Saat 9-dan başlayaraq Göygöl Milli Parkının əməkdaşları yol boyunca təmizlik işləri aparıblar. Onlar yerə atılan zibilləri toplayırlar".
 
Parkın direktoru Xaliq İsgəndərov bildirib ki, ərazidə 40 ədəd 100 kiloqram tutumlu zibil qutuları yerləşdirilib. Bundan başqa, məişət tullantılarını toplamaq üçün 1000 zibil torbası mövcuddur. Buna baxmayaraq, zibili ayağının altına atmağı daha asan iş hesab edənlərin sayı daha çoxdur.
 
"Gələnlər ailə ilə keçirlər, sonra meşə ərazisinə daxil olurlar. Bizim müfəttişlər onlara deyirlər ki, ərazidə oturmaq olmaz. Bəzi insanlar bizim işçilərlə pis davranırlar. Deyirlər ki, sizin işiniz təmizləmək, bizimki zibilləməkdir. Bir neçə vətəndaşdan şəxsiyyət vəsiqəsi tələb olunsa da, verməyiblər".
 
Ancaq onların barəsində sərt tədbirlər görüləcək. Milli Parkı zibilləyən vətəndaşların müəyyən edilməsi üçün əraziyə təhlükəsizlik kameraları da quraşdırılacaq. Qara siyahıya düşən şəxslərin əraziyə girişinə qadağa qoyulacaq.
 
"Yaxşı olar ki, ictimai qınaq olsun. Biri atanda digəri ona etiraz etsin. İctimaiyyətin fikri daha məqsədəuyğun olardı. Ərazini zibilləyən şəxslər arzuolunmaz şəxs kimi siyahıya düşəcəklər. Parkın ərazisində tabloda giriş postunda onların adını, soyadını yazacağıq".
 
Milli Park açıldıqdan sonra gölü  12 mindən çox turist ziyarət edib. 10 nəfər təbiəti zibilləyən şəxs müəyyən olunub. Onların şəxsiyyətini dəqiqləşdirmək mümkün olmadığından barələrində tədbir görülməsi üçün gəldikləri avtomobillərin dövlət nömrə nişanları polis şöbələrinə təqdim edilib. Həmin şəxsləri İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 800 manatadək cərimə gözləyir.
 
"Belə gözəlliyi görüb, bura zibil tökənlərin gözündə gözəllik nə deməkdir? Bu gözəlliyi insan gərək dərk etsin. Yəqin ki, bunu nadanlar, özünü tanımayanlar edirlər". 
 
"Mən onu o dəqiqə çağırıb, həmin zibili onun əlinə verərəm. Paketə qoysun, harada zibil qabı var, ora atsın".
 
Vaxtı ilə  füsunkar Göy Gölün bağlı ərazi elan olunmasının səbəbi də bu cür gözəlliklər məkanında dırnaqarası istirahətə gələnlərin heç də mədəni olmayan davranışları olub. Belə vəziyyət bu unikal təbiət guşəsinə, onun su hövzəsi, bitki və heyvanat aləminə ağır zərbələr vurub.
 
 Göygöl Milli Parkında turistlər üçün məlumatlandırıcı lövhələr vurulub. Buna baxmayaraq parkın əməkdaşları ərazidə müşahidə apararaq neqativ halların baş verməsinin qarşısını alırlar.
 
"Azərbaycanın füsunkar yerlərindən biri Göygöl. Bura gələnlər göldə çimmək istəyirlər. Ancaq əməkdaşlar bunun qarşısını alırlar. Çünki bu gölün suyu ilə Gəncə şəhəri içməli su ilə təmin olunur".

Göygöl Milli Parkının bələdçisi Arzu Həsənov göldə forel balıqlarının olduğunu deyir: "Göldə forel balıqları var. Tutmaq olmaz, cəriməsi 1100 manatdır. Burada heç bir heyvanı ovlamaq olmaz. Bura qoruqdur, toxunulmazdır. Hər bir insan buranı qorumalıdır, zövq almalıdır. Bu dilbər guşəyə xoş gəlirlər. Sadəcə olaraq təmizliyə riayət etməlidirlər".
 
Göygöldə turistlərin istirahəti üçün hər bir şərait yaradılıb. Ərazidə 4 otel tikilib ki, yaxınlarda fəaliyyətə başlayacaq. Bundan başqa ərazidə istirahət köşkləri qurulub. Bura 30 manat ödəməklə lazım olan ləvazimatlarla təmin edilərək bir gün dincəlmək olar. Həmçinin 3 restoran da turistlərin istifadəsinə verilir.
 
"Parkın ərazisində 3 restoran var. Salat təxminən 3-6  manat, kabab isə 4 manatdır. Bir nəfərin burada oturub nahar etməsi üçün təxminən 10-15 manat kifayət edir".
 
Bioloqlar Göygöl Milli Parkının turistlərin istifadəsinə verilməsini yaxşı hal kimi qiymətləndirirlər. Lakin parkın indiki formada ziyarətinin Göygölün flora və faunası üçün təhlükəli olduğunu deyən bioloq Zaur Hümbətov ərazi üçün xüsusi rejim proqramının hazırlanmasının zəruri olduğunu bildirir.
 
"İndiki formada ziyarət heç də ürəkaçan deyil. Avtomobillərin buraxdığı çirkli qazlar həmin qoruğun qorunmasına əngəl törədir. Rejim proqramı hazırlanmalı, birinci növbədə elektromobillərdən, xüsusi avtobuslardan istifadə olunmalıdır. Siqnallardan, həddindən artıq yüksək səsli musiqilərdən istifadə etmək olmaz. Mən dünyanın bir çox yerlərində parklarda olmuşam. Orada xüsusi cığırlar yaradılır, hətta səssiz ayaqqabılardan istifadə olunur. Bəzi qoruqlarda dezinfeksiya işləri görülür".
 
Hazırda qaydalara uyğun olaraq Milli Parka daxil olmaq üçün hər bir turist qiyməti 2  manata olan bilet alır. Avtomobil xüsusi yerdə parkinq olunur. Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 (əlli) qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri buraya gətirmək üçün Bakı, Gəncə və Göygöl rayonundan xüsusi avtobus marşrutu da istifadəyə veriləcək.

 

фото


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024