Dünya (27-07-2015, 16:01)
Terror aktlarını millət vəkili planlaşdırıb
Türkiyənin Şanlıurfa vilayətində polisin ələ keçirdiyi ağır silahlar və partlayıcı maddələrin HDP-nin Şırnakdan olan millət vəkili Faysal Sarıyıldıza aparıldığı ortaya çıxıb.
Mediatv.az publika.az-a istinadən bildirir ki, PKK HDP-li millət vəkilləri və liderləri ilə Suruç və Ceylanpınarda qanlı terror aktlarının törədilməsi üçün 6 ay öncə planlar qurub. Bunu millət vəkili F. Sarıyıldıza ağır silahları aparan sürücülər etiraf ediblər.
Kuryer H. M.: PKK Suriyada böyük miqdarda silahları Türkiyəyə gətirir. Suruçda törədilən terror aktından istifadə olunan partlayıcı maddələri ilə bələdiyyə sədri və bələdiyyə binasında hücum ediləcəkdi.
Kuryer İ.Ç.: Çantada polis idarəsi, bələdiyyə binasını partladacaq qədər bomba var idi. PKK yazda planlaşdırdıqları addımlar üçün Suruç, Nusaybin, Cize və Diyarbəkirə çoxlu sayda silah göndərir.
H. M.: "PKK-lı İ. ilə A. adlı şəxslər İ. Ç ilə mənə zəng edərək "M.-dan silahları alın, bir gün evinizdə saxlayın və 0535 8...... nömrəli telefonla əlaqə saxlayın. Suruçdan gələcək PKK-lılar onları sizdən alacaqlar" dedi. Silahlar PKK/KCK terror təşkilatı tərəfindən Suruç terrorunda istifadə olunacaqdı. Qarşıdakı dönəmdə atacaqları addımlar üçün xüsusilə Suruç və Diyarbəkirə silah daşıyıb depolarda saxlayırlar. Başda bələdiyyə sədri, bələdiyyə binası olmaqla PKK-nın törədəcəyi terror aktlarında istifadə edəcəyi bombalar Ceylanpınarda hücrə evlərində saxlanılır".
Mediatv.az