Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (22-07-2015, 18:32)
Türkiyə İŞİD-ə müharibə elan etdi – SON DƏQİQƏ

Türkiyə İŞİD-ə müharibə elan etdi – SON DƏQİQƏ

 Türkiyə Suruç terrorundan sonra İŞİD-ə qarşı ikitərəfli əməliyyatlara başlayır.

 Mediatv.az  xəbər verir ki, son altı ayda İŞİD üzvü olmaqda şübhəli bilinən 600 şəxsi məsuliyyətə cəlb edən, 150-dən çox terrorçunu həbs edən Ankara Suruçda törədilən terror aktını İŞİD-in “bizimlə işin olmasın” mesajı olaraq qəbul edib.
 
Türkiyə KİV-nin məlumatına görə, hökumətin İŞİD-lə mübarizəsi kəskin mərhələyə keçir. Hazırda terror təşkilatının Türkiyədəki bağlantılarını məhv etmək üçün əməliyyatlar hazırlanır.
 
İlk növbədə İŞİD-in Türkiyədəki maliyyə və loqistik şəbəkəsi çökdürüləcək. Təşkilat üzvlərini Suriya və İraqa keçirənlər, xaricdəki şəbəkə ilə əlaqələr yaradanlar, onların maliyyə qaynaqları hədəfə alınacaq.
Bütün bunlar hökumətin ən yüksək səviyyəsində müzakirə edilir. Baş nazir Əhməd Davudoğlunun Nazirlər Kabinetində keçirdiyi toplantıda “İŞİD-lə mübarizədə geriyə addım yoxdur” qərarı verilib.
 
Qərarların detalları bunlardır:
 
Əməliyyatlar və kəşfiyyat fəaliyyəti artırılacaq. Mübarizə iki mərhələdə aparılacaq. Əvvəlcə Türkiyədəki İŞİD şəbəkəsinin aşkarlanaraq zərərsizləşdirilməsi, əsas şəxslərin deşifrə olunması və bütün bunların aradan qaldırılması üçün addımlar atılacaq.
 
Terror təşkilatının üzvlərini Suriya və İraqa keçirən şəxslər və onların maliyyə qaynaqları hədəf olacaq.
 
İkinci mərhələdə Türkiyədə İŞİD tərəfdarı olan və birbaşa ona bağlı olanlar aradan qaldırılacaq. Bu iş üçün xüsusi qrup fəaliyyət göstərəcək. İŞİD-lə yanaşı Türkiyədəki digər terror təşkilatlarına qarşı da mübarizə genişləndiriləcək. İŞİD-lə mübarizə aparılarkən, PKK və digər terror təşkilatlarının təsir imkanlarının genişlənməsinə imkan verilməyəcək.

 

 Mediatv.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024