Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (24-07-2015, 18:14)
ABŞ İrana xəbərdarlıq etdi

ABŞ İrana xəbərdarlıq etdi

 "İranla nüvə sazişini imzalamaqla biz aydın şəkildə işarə etdik ki, bu ölkə ilə əməkdaşlıqa hazırıq. Lakin diplomatik səylər bir nəticə verməsə Birləşmiş Ştatlar hərbi qüvvə tətbiq etməyə hazırdır". 


Bu barədə ABŞ prezidenti Barak Obama Britaniyanın BBC şirkətinə müsahibəsində deyib.

O, deyib ki, saziş imzalansa da, üzərində İranla birgə işləməli olduqları bir sıra məsələlər mövcuddur. "Ümid edirəm ki bu məsələlər diplomatik yolla öz həllini tapacaq. Lakin ehtiyac olarsa onların bir qismi hərbi yolla həll ediləcək"- deyə ABŞ prezidenti bildirib.

Xatırladak ki, Vyanada "altılıq" ölkələri (BMT TŞ-n 5 daimi üzvü və Almaniya) və İran arasında əldə edilmiş razılaşmaya əsasən Tehranın nüvə proqramına 
beynəlxalq ictimaiyyət tərəfindən ciddi nəzarət olunacaq. Bunun müqabilində İslam Respublikasına qarşı BMT TŞ-nin qətnamələri ilə və qərb ölkələri tərəfindən tətbiq edilmiş sanksiyalar aradan qaldırılacaq.

İran və "altılıq" razılaşdı, neftin qiyməti düşdü

Lakin bu anlaşma İsrail Dövlətinin ciddi narahatlığına səbəb olub. Rəsmi Tel-Əviv hesab edir ki, sanksiyaların ləğv edilməsi nəticəsində İran iqtisadiyyatına axan milyardlarla dollar ölkənin hərbi qüdrətinin artırılmasına və "Hizbullah" kimi təşkilatların dəstəklənməsinə yönəldiləcək.

İsrailin baş naziri Binyamin Netanyahu İranla nüvə sövdələşməsinin yenidən baxılmasına çağırış edib və onu "tarixi səhv" adlandırıb.

Mediatv.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024