Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-07-2015, 15:03)
"Əsrin razılaşması", yoxsa "məğlubiyyəti"?

"Əsrin razılaşması", yoxsa "məğlubiyyəti"?

Vyanada aparılan nüvə müzakirələrində əldə olunan razılığı şərh edən İran prezidenti Həsən Ruhani bunun texniki və siyasi baxımdan qələbə olduğunu deyib. İslam Respublikasının prezidenti bu sözləri Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib. Bunun leqal bir razılaşma olduğunu deyən Ruhani "İran təslim oldu" - fikri ilə razılaşmadığını qeyd edib.

"Heç bir razılaşma mükəmməl deyildir və uzlaşmağa ehtiyac olur. Gələcək nəsillər bu tarixi razılaşmaya görə fəxr edəcəklər..."Dünya ilə yanaşı, İran mətbuatında da bu razılaşma birmənalı qarşılanmayıb. Hökumətə yaxın mətbu orqanlar bunu "Əsrin razılaşması" kimi dəyərləndirsə də mühafizəkar qəzetlər bu razılaşmaya təmkinli yanaşmağın tərəfdarıdır.Xatırladaq ki, İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında aparılan nüvə müzakirələrinin nəticəsində razılaşma imzalanıb.Razılaşmanı şərh edən Türkiyənin 11-ci prezidenti Abdullah Gül bunun soyuq müharibənin başa çatmasından sonra diplomatiyanın qazandığı ən böyük qələbə olduğunu demişdi.Xatırladaq ki, Vyanada İran ilə altılıq ölkələri arasında aparılan danışıqlarda razılaşma əldə olunub. Bu razılaşmaya görə, İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma bu avtomatik olmaya bilər. Həmçinin, İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər. Bundan başqa, BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq.İran ilə altılıq ölkələri arasında əldə olunan bu razılaşma dünyada birmənalı qarşılanmayıb. Bir çox ölkə İranla "altılıq" arasında əldə olunan razılığı dəstəkləsə də, digərləri tənqid edir.

  Mediatv.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024