Dünya / Slayd (21-07-2015, 13:27)
Qadın paltarı geyinmiş kişi kamikadze
Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda ötən gün 30 nəfərin ölümü, 104 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verdiyi yerdə araşdırmalar davam edir.
Anspress xəbər verir ki, ilkin ehtimala görə, partlayışın 18 yaşlı İŞİD üzvü qız tərəfindən törədildiyi hesab edilsə də hadisə yerində aşkarlanan kişi başı ekspertlərdə bəzi şübhələr yaradıb. Bildirilir ki, partlayışın baş vertdiyi yerin yaxınlığında gövdəsindən ayrılmış və böyük hissəsi parçalanmış kişi cəsədinə aid baş tapılıb. Aşkarlanan bu baş səbəbindən terror hadisəsini qadın paltarı geyinmiş kişi tərəfindən törədilməsi şübhəsi yaranıb.
Partlayışın təsirinin güclü olması səbəbindən ərazidə olan cəsədlərin əksəriyyətinin tanınmaz halda olduğu bildirilir. Hazırda məhkəmə tibbi ekspertizasıaşkarlanan kişi başının terrorçuya, yoxsa aksiyaçlardan birinəaid olması faktını araşdırır.
Xatırladaq ki, ötən gün gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 30 nəfər ölüb, 104 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.
Kamikadze hücumun İŞİD terror təşkilatının üzvü olan 18 yaşlı qız tərəfindən törədildiyi bildirilsə də bu istiqamətdə araşdırmalar davam edir.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024