Kriminal (20-07-2015, 15:44)
Türkiyədə terror, 10 ölü
Şanlıurfada mətbuat konfransı keçirilən parkda kamikadze özünü partladıb.
Türkiyədə terror aktı törədilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Şanlıurfanın Suruç rayonunda, Amara mədəniyyət mərkəzinin qar şısında törədilib.
İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb.
Partlayışı kamikadzenin törətdiyi barədə məlumatlar yayılıb.
Məlumata görə, Türkiyə vaxtı ilə saat 11:50-də (Bakı vaxtı ilə 13:50) Sosialist Gənclik Dərnəkləri Federasiyasının bir qrup üzvü adı çəkilən yerdəki çay baxçasında "Kobanininyenidən inşaası" mövzusunda mətbuat konfransı keçirən zaman hadisə törədilib.
Partlayışın təsirindən yaxınlıqdakı binaların pəncərələri də qırılıb.
CHP Ankara Millət vəkili Ali Haydar Hakverdi hadisə zamanı yaralananlar üçun qana ehtiyac olduğunu elan edib.
Hadisə şahidlərinin sözlərinə görə, ölü sayı elan ediləndən daha çoxdur. Belə ki, partlayış bir anda baş verib. Daha sonra hər yer cəsədlə dolub. "Hətta biz cəsədlərin altında qalmışdıq. Bu daha öncədən planlaşdırlan hücuma bənzəyir".
Qeyd edək ki, bənzər hadisə bir neçə ay öncə də baş vermişdi. ABŞ-ın Türkiyə səfirliyindəkamikadzenin özünü partlatması nəticəsində 3 nəfər ölmüşdü.
Mediatv.az