Dünya (20-07-2015, 17:45)
Türkiyədə terror. kamikadze 18 yaşlı qız olub
Artıq Türkiyənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
"Şanlıurfanın Suruç rayonunda bu gün saat 12 radələrində (Bakı vaxtı ilə 14) terror hücumu baş verib. İlkin məlumata görə, 27 vətəndaşımız ölüb. İnsan təlafatının artacağından narahatıq. Bölgədəki xəstəxanalara 100-ə yaxın yaralı çatdırılıb.
Ölkəmizin birlik və bütünlüyünü hədəf alan bu terror hücumu qarşısında hər kəsi birləşməyə çağırırıq".
Bu arada ola biləcək ikinci terror aktı ilə bağlı əhaliyə xəbərdarlıq edilib və onlara partlayış baş verən çay bağçasından uzaq dayanmaq tapşırılıb. "Reuters"ə açıqlama verən türk rəsmilər terror aktını İŞİD-ın həyata keçirdiyini açıqlayıblar.
İlkin ehtimallara görə, kamikadze 18 yaşlı bir qız olub. O, gənclərin arasına girərək burada özünü partladıb.
Bu arada ölü sayının 28-ə yüksəldiyi xəbər verilir.
Türkiyənin Şanlıurfa şəhərində baş verən partlayış nəticəsində ölü sayı artıb. "Reuters" ölü sayının 20 olduğunu açıqlayıb. Türkiyə mediası isə ölənlərin sayının 27 olduğunu xəbər verir. Onlarla insan yaralı olduğundan ölü sayının artacağı istisna edilmir.
Hadisə yerində təcili tibbi yardım briqadaları işləyirlər.
Şanlıurfa Valisi İzzettin Küçük partlayış baş verən zaman İstanbulda olub. Lakin hadisədən dərhal sonra geri dönmək üçün yola çıxıb.
Mediatv.az