Dünya (20-07-2015, 18:47)
Özbəkistanda prezidentin qızını döyən generalın mülklərini dağıdırlar
Özbəkistanda prezidentin qızını döyən generalın mülklərini dağıdırlar
Özbəkistanın Daşkənd vilayətində Milli Təhlükəsizlik Xidməti rəisinin keçmiş müavini, general Hayot Şərifxocayevə məxsus mülklər buldozerlərlə dağıdılır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Azadlıq Radiosunun özbək xidməti məlumat yayıb.
Hakimiyyətə yaxınlığı ilə seçilən və bir-birindən asılı olmayan olan iki mənbə təsdiq edib ki, Şərifxocayevə məxsus mülklər seçilir və dağıdılır.
Bura restoranlar, otellər, hətta generala məxsus villalar da daxildir.
Habelə Şərifxocayevin həbs edilmiş kiçik qardaşı Cövdət Şərifxocayevin və özbək xüsusi xidmət orqanlarının digər əməkdaşlarının da mülkləri dağıdılır.
Məlumata görə, sökülən obyektlər Daşkənd vilayətinin Bostanlıq rayonunda yerləşən Çarvak su anbarının yaxınlığında yerləşir. Mülklər başqa adamların adına rəsmiləşdirildiyindən onları hüquqi yolla müsadirə etmək çətindir. Bu səbəbdən hakimiyyət qısa yolla gedib-mülklərin “qanunsuz tikildiyini, ekologiyaya zərər vurduğunu” bildirərək onları sökməyə başlayıb.
Mənbə bildirib ki, sökülən obyektlərin hamısı yaxşı gəlir gətirirdi və milyonlara başa gəlmişdi.
Maraqlıdır ki, obyektləri sökülənlərin hamısı prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın biznesini əlindən alan və onun özünü təcrid edən xüsusi xidmət əməkdaşlarıdır.
General Hayot Şərifxocayev
General Hayot Şərifxocayev isə ötən il prezidentin mühafizə xidmətinin bir qrup əməkdaşı ilə birlikdə Gülnarə Kərimovanın evinə basqın edərək onu döyüb. Bir vaxtlar İslam Kərimovun sevimlisi olan Gülnarə Kərimova iki il əvvəl gözdən düşüb. Özbəkistan xüsusi xidmət orqanları onun bütün biznesini əlindən alıb, yaxın adamlarını həbs edib. Özünü və yeniyetmə qızını isə Daşkənddə ev dustağı edib.
2013-cü ilin sonlarında Gülnarə Kərimova “The Telegraph” qəzetinə müsahibəsində demişdi ki, Hayot Şərifxocayev və qardaşı onun Çarvak su anbarı yaxınlığındakı biznesini “reyder hücumu” ilə ələ keçirib.
Heç kim şübhə etmirdi ki, Özbəkistan xüsusi xidmət orqanları prezidentin qızını onun əmri olmadan bu vəziyətə sala bilməzdi. Gülnarə Kərimova isə dəfələrlə bildirib ki, ona qarşı hücumların arxasında anası Tatyana və atasının yaxın ətrafındakı bəzi şəxslər, Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri dayanırlar.
Bir neçə ay əvvəl isə prezidentin qızını təqib edənlərin özlərinin işləri pis getməyə başlayıb. Milli Təhlükəsizlik Xidmətinin mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə İdarəsinin rəisi olan Cövdət Şərifxocayev həbs edilib.
Bundan əvvəl isə onun idarəsinin 20-dən çox əməkdaşı, habelə bir neçə yaxın qohumu həbs edilmişdi. Hayot Şərifxocayev isə işdən azad edilib.
Daşkənddəki mənbələr hesab edirlər ki, görünür, bəzi məmurların prezidentin öz qızını tənbeh etmək barədə onlara verdiyi göstərişi yerinə yetirərkən hədsiz entuziazm nümayiş etdirmələri “kiminsə xoşuna gəlməyib”. Və indi prezidentin qızına əl qaldıranların özlərini cəzalandırmaq növbəsi çatıb.
Xatırladaq ki, Gülnarə Kərimovanın barəsində bir neçə Avropa ölkəsində, o cümlədən ABŞ-da istintaq gedir. Özbəkistan prezidentinin qızı İsveçin telekommunikasiya şirkəti TeliaSonera-dan yüz milyonlarla dollar rüşvət almaqda şübhəli bilinir.
Gülnarə Kərimovaya məxsus bank hesablarına və mülklərə həbs qoyulub. Bir vaxtlar sosial şəbəkələrdən atasının hakimiyyətinə qarşı fəal çıxışlar edən G.Kərimova uzun müddətdir ev dustaqlığındadır və internetə giriş imkanı əlindən alındığından barəsində məlumat almaq mümkün deyil.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024