Dünya (20-07-2015, 10:13)
Türkiyə hər tərəfdən mühasirəyə alınıb
Ölkə sərhədlərinin dörd bir tərəfində münaqişələr, böhranlar, inqilablar tüğyan edir.
Türkiyə özündə yaranan siyasi qeyri sabitliklə bərabər qonşu ölkələrdə baş verən hadisələləri də izləyir.
Suriyada baş verən vətəndaş müharibəsin yaratdığı xaos, Yunanıstandaki iqtisadi böhran, Ukranyadakı gərginilik, Ermənistandakı iqtisadi tənəzzüldən doğan mitinqlər...
ANS PRESS-in məlumatına görə, bu hadisələrin hər biri Türkiyə ilə sərhəddə yerləşən ölkələrdə baş verir. Bu gün Türkiyənin qonşuluğunda olan ölkələr çətin günlərini yaşayır.
Suriya
Türkiyənin cənub qonşusu Suriyada baş verən xaos gündən günə artmaqda davam edir. Bir yandan beynəlxalq koalisiyanın bombardmanları altında müharibə aparan terror təşkilatları, bir yandan Bəşər Əsad rejiminin itirilən torpaqları geri qaytarmaq cəhdləri. Bütün bu baş vərənlərin arasında Türkiyə öz sərhədlərini təhlükəsiz saxlamağa çalışır. 2 milyona yaxın Suriyalı üçün bu günə qədər Türkiyə tərəfindən 6 milyard dollar xərclənib.
İran
Nüvə müzakirələrində İran və "Altılıq" ölkələri arasında əldə olunan razılaşma Tehran üçün yeni dönəmin başlanğıcı oldu. Razılaşma Türkiyəyə iqtisadi və siyasi cəhətdən təsir edəcək. İran regionda güc mərkəzinə çevrilmək istəyəcək.
Ərəb Baharı
Ərəb baharının da Türkiyəyə təsiri az deyil. Misirdəki hərbi rejimin sabiq prezident Məhəmməd Mursinin edamı haqqında verdiyi qərarı ilk Türkiyə pisləyib. İnqilabdan sonra parçalanmaqda olan Liviya isə Türkiyə ilə əlaqələri kəsməməyə çalışır.
Yunanıstan
İqtisadi böhrandan çıxa bilməyən Yunanıstan referendumdan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə razılığa gələ bildi. Amma bu razılıq Afina küçələrində etirazlarla qarşılandı. Türkiyə ilə enerji və turizim sahəsində iqtisadi əlaqələr qurulması Yunan hökümətinin gündəmindədir.
Iraq
ABŞ-ın işğalından sonra özünə gələ bilməyən İraq bir çox terror qruplarının döyüş meydanına çevrilib. İŞİD-lə mübarizə isə nəticəsiz qalır. Etnik və dini münaqişə ocağı olan ölkədə Türkiyə türkməndan kürdə kimi bütün qruplara dəstək olur. İraqda mərkəzi hökümətlə Kürd Muxtar Bölgəsi arasında fikir ayrılıqları vəziyyəti daha da gərginlədirir.
Ermənistan
Ermənistanda elektrik enerjisinin qiymətlərinin 16 faiz yüksəldilməsinə qarşı başlananmitinqlər İrəvan hökümətinin vəziyyətini daha da gərginləşdirdi. Türkiyə əvvələr Ermənistana həm qida, həm də elektik enerjisi sahəsində köməklik etmişdi. Sərhədlərin açılmasını istəyən İrəvanın gözü daima Türkiyəni axtarır. Türkiyə isə Azərbaycana dəstəyini davam etdirir.
Mediatv.az