Dünya (8-05-2015, 09:30)
Yəməndə atəşkəs elan olundu
Səudiyyə Ərəbistanı Yəməndə 5 günlük atəşkəs elan edib. Rəsmi Ər-Riyad mülkilərə humanitar yardım edilməsi məqsədi ilə belə bir addım atıb. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr husi üsyançılarının döyüşləri dayandıracağına ümid etdiyini bildirib.
“Atəşkəsin icra olunması husilərin fəaliyyətindən asılıdır. Ümid edirik ki, husilər təcavüzkar fəaliyyətlərinə son qoyacaq və Yəmən xalqına humanitar yardım əldə etməyə imkan verəcəklər. Əgər çağırışlarımıza cavab verməzsələr, aydın olacaq ki, onlar, əslində, Yəmən xalqı üçün deyil, hakimiyyət üçün döyüşürlər”.
Ər-Riyadın bu qərarını Amerika hökuməti də alqışlayıb. ABŞ dövlət katibi Con Kerri Yəməndə böhranın sülh yolu ilə həll üçün Səudiyyə Ərəbistanı hökuməti ilə danışıqlar aparıb. Müzakirələr zamanı Səudiyyə Ərəbistanı hökuməti sülh danışıqları üçün tərəfləri Ər-Riyadda konfransına dəvət edib. Con Kerri danışıqları dəstəklədiyini qeyd edib.