Dünya (6-04-2015, 20:11)
Yəmən etirazları Səudiyyə Ərəbistanına keçdi
Yəməndə isə döyüşlər davam edir, husilər Ədən körfəzi sahillərini ələ keçirib, Misir körfəzin qorunmasını “milli məsələ” elan edib
Martın 26-dan başlayaraq körfəz ölkələrinin Yəmənə hava hücumları davam edir. Hava zərbələri və ölkə ərazisində davam edən döyüşlər nəticəsində yüzlərlə insan ölüb, xeyli sayda insan yaralanıb.
Hava zərbələrinə baxmayaraq quruda da şiddətli döyüşlər davam edir. Ötən gün ölkənin əsas liman şəhəri olan Ədəndə devrilmiş prezident Mansur Hadiyə bağlı Xalq Komitələri və “əl-Qaidə” silahlıları ilə Ədəndə husi döyüşçüləri və Yəmən ordusu qüvvələri arasında qızğın döyüşlər baş verib. Ədəndə nəzarəti ələ alan M.Hadi tərəfdarları şəhər mərkəzini ələ keçirsə də, sonradan irəliləyən husi qüvvələri şəhəri azad edib. Bundan başqa Ədənlə yanaşı əl-Mualla, Hudeyda kimi şəhərlərdə də nəzarət husilərin əlinə keçib.
Bazar günü Misirə məxsus, eləcə də tanınma nişanları olmayan hərbi gəmilərdən Ədənə desant çıxarıldığı və sahil bölgələrin atəşə tutulduğu haqda xəbərlər yayılıb. Ancaq dəstək qüvvələrinə baxmayaraq husi Ənsərullah qüvvələri irəliləməkdə davam edib. Eyni zamanda məlumat yayılıb ki, Yəmən torpaqlarında 35 İŞİD üzvü ələ keçirilib.
Ədən əldən ələ keçir
Davamlı həyata keçirilən hücum əməliyyatları nəticəsində Ədən körfəzi tamamilə husilərin nəzarətinə keçib. Keçmiş prezident Hadiyə bağlı silahlılar körfəzdən tamamilə uzaqlaşdırıb. əl-Mualla bölgəsi isə tamamilə husilərin nəzarətinə keçib. Yerli mətbuat husilərin hücumlarının qarşısını almaq üçün Səudiyyə Ərəbistanı qüvvələri havadan sürəkli olaraq bombalayır. Livanın əl-Mənar kanalı isə Yəmən hərbi qüvvələrinin koalisiya aviasiyasını atəşə tutduğu haqda xəbər yayıb. Misir prezidenti Əbdülfəttah əl-Sisi bəyan edib ki, Bab əl-Məndəb körfəsi Misir və ərəblər üçün milli təhlükəsizlik məsələsidir. Misir körfəz ölkələrini yalnız qoymayacaq.
Ənsarullah Hərəkatının üzvü Əhməd Şami bildirib ki, Ədən körfəzinə Misir və S.Ərəbistanına məxsus hərbi gəmilərdən desant çıxarılıb. Ənsarullah nümayəndəsi bildirib ki, yerüstü əməliyyatlar başlasa husilər düşmənə ağır cavab verəcək. Qeyd edək ki, bundan əvvəl Reuters Agentliyi Ədən limanına piyada qüvvələrinin çıxdığı haqda xəbər verib.
Səudiyyə qarışıb
BBC bu arada xəbər verir ki, Səudiyyə Ərəbistanının şərqində yerləşən Qətif bölgəsində yerli əhali hökumətin Yəmənə müdaxiləsinə etiraz olaraq nümayiş keçirib. Kütləvi nümayişlər qarşıdurmalara səbəb olub və hökumət qüvvələri Qətif vilayətində əməliyyatlar başladıb. Təhlükəsizlik qüvvələrinin gücdən istifadə etdiyi qarşıdurmalarda bir polis ölüb, üç nəfər isə yaralanıb.
Səudiyyə Ərəbistanı DİN bəyan edib ki, etiraz aksiyaları keçirən şiələrə qarşı güc tətbiq olunub. Nazirliyin yaydığı açıqlamada qeyd olunur ki, əməliyyat zamanı xəsarət alanlardan biri də xarici ölkə vətəndaşıdır. Polisin əməliyyatları nəticəsində 4 nəfər saxlanılıb.
Qeyd edək ki, Ərəbistan yarımadasının şərqində yerləşən neft və qaz ehtiyatları ilə zəngin Qətif vilayəti əhalisinin böyük əksəriyyətini şiələr təşkil edir. Rəsmi məlumata görə, ümumilikdə ölkə əhalisinin 20 faizini şiələr təşkil edir. Zaman-zaman Ərəbistan şiələri ər-Riyad hökumətinin məzhəbi ayrı-seçkilik saldığını, şiə əhalisinin yaşadığı bölgələrə investisiya qoyulmamasına etiraz edir. Ötən il kral Abdullah şiələrin nümayəndəsini parlament işləri üzrə nazir təyin etməklə ölkədəki şiə azlığı ilə əlaqələri yaxşılaşdırmaq cəhdi etsə də narazılıq hələ də böyük ölçüdə qalır.(
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024