Dünya (2-05-2015, 14:56)
Qorxunc zəlzələ təkrarlandı
Nepalda bu gün maqnitudası 5 ball olan yeni bir zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Episentr ölkənin paütaxtı Katmandudan 93 kilometr şimal-qərbdə yerləşir. Zəlzələ mərkəzi yerin 10 kilometr dərinliyinə düşüb. Dağıntı və tələfat barədə xəbər hələ daxil olmayıb.
Aprelin 25-də Nepalın paytaxtı Katmandu yaxınlığında güclü zəlzələ baş verib. Təkanların maqnitudası 7,9 bal gücündə olub. Yerin iki kilometr dərinliyində baş verən təkanlar paytaxt Katmandunun 77 kilometr şimal-qərbində qeydə alınıb.
Zəlzələ nəticəsində Katmandudaki bəzi binalar dağılıb. Qonşu Hindistan və Pakistanda da hiss edilən təkanlar ciddi zərərə səbəb olub.
Bu gün isə Nepalda növbəti güclü zəlzələ meydana gəlib, maqnitudası Rixter cədvəli üzrə 5.6 bal olan yeraltı təkan qeydə alınıb.
Zəlzələnin episentri paytaxt Katmandudan 41 km məsafədəki Kirtipur şəhərində, ocağı 10 km dərnilikdə yerləşib. Bu zəlzələ nəticəsində dağıntı və xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.
İndiyə kimi zəlzələ nəticəsində isə ölənlərin sayı 6300-ə yaxındır. Təbbi fəlakətdə 4700-dən çox insan xəsarət alıb.