Dünya (25-04-2015, 21:12)
Hüquq müdafiəçisini güllələdilər
Hadisə Pakistanın Karaçi şəhərində baş verib
Pakistanın Karaçi şəhərində hüquq müdafiəçisi Sabeen Mehmood avtomobillə evinə qayıdarkən naməlum şəxs tərəfindən atəşə məruz qalıb.
Mediatv.az-ın məlumatına görə, xəstəxanaya çatdırılan qadının bədənindən həkimlər 5 güllə çıxarıblar. Onun yanında olan anası ciddi yaralanıb.
Yerli polis bildirib ki, hüquq müdafiəçisinə atəş açan iki şəxs motosikletdə olub. Hələ ki, heç bir qrup hücumla bağlı məsuliyyəti üzərinə götürməyib.
S.Mehmood "The Second Floor –T2F" kafe-kitab mağazasının direktoru idi. Burada insan hüquqları ilə bağlı mütəmadi müzakirələr keçirilir. O, aprelin 24-də Bəlucistanda insan hüquqlarının pozulması ilə bağlı debatlar təşkil edib.
Xatırladaq ki, Karaçi Bəlucistan yaxınlığında yerləşir. Hüquq müdafiə təşkilatları tez-tez yerli təhlükəsizlik qüvvələrini insan hüquqlarını pozmaqda günahlandırırlar.