Dünya (17-04-2015, 12:44)
7 yaşlı qız terrorçuları vurur - Video
"Tətiyi çək! At! Çək tətiyi! O itləri nişan al!"
Ata balaca qızına bu sözləri deyir, qız da "Yaxşı, ata!" deyərək tətiyi çəkir.
Mediatv.Az Daily Mail-ə istinadən bildirir ki, kürdlərin terrorçu PKK təşkilatının Suriyanın şimalındakı bölməsi olan YPG-nin yaydığı video sosial şəbəkələrdə şok effekti yaradıb.
Suriyanın şimalında, Türkiyə ilə sərhədin yaxınlığındakı Kobani şəhərində çəkildiyi iddia edilən videoda səngərə qoyulmuş RPQ pulemyotunun arxasında 6-7 yaşlı qız var.
Əynində çəhrayı rəngli jaket olan qızcığazı atası smartfonla çəkir.
Qız atasına "Ata, qarşıdakılar kimlərdir?" sualını verəndə ata "DƏEŞ" deyir.
DƏEŞ ərəb ölkələrində "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının təhqiramiz, aşağılayıcı abbreviaturası olaraq "ayaq altında qalmış nəcis qurusu" mənasını verir.
"DƏEŞ-dir, qızım, onlar! Vur onları, çək tətiyi", - ata deyir.
Qız da gülərək "Ata, artıq 400 DƏEŞ-çi öldürmüşəm!" söyləyir.
YPG qruplaşmasının rəhbərliyi bu videonu çəkən şəxsin tapıldığını və cəzalandırıldığını bildirib.
Fəqət, video Qərbdə şok effekti doğurduğundan ABŞ və Avropa Birliyi YPG-yə göndərilən silah, hərbi texnika yardımları ilə bağlı proqrama yenidən baxılacığını bildiriblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024