Dünya (23-02-2015, 13:34)
Əsəd Ərdoğanı hədələdi
XİN: "Türkiyənin müdaxiləsinə cavab vermək niyyətindəyik"
Rəsmi Dəməşq Ankaranın müdaxiləsinə cavab vermək niyyətindədir. Ans press-in məlumatına görə, bunu Suriyanın xarici işlər nazirinin müavini Feysal Mekdad bildirib.
O deyib ki, dünya ictimaiyyəti və Avropa Birliyi Türkiyənin başqa ölkənin ərazisinə təcavüzkarlığını beynəlxalq məhkəməyə çıxarmalıdır. İŞİD terror təşkilatının nəzarət etdiyi Suriya torpaqlarından Suleyman Şahın məqbərəsinin təxliyyəsi üçün Türkiyə ordusu tərəfindən keçirilən xüsusi əməliyyat yolverilməzdir.
Onun sözlərinə görə, Ankaranın davranışı göstərir ki, o, Suriyanın müstəqilliyini, ikitərəfli münasibətləri kobud tapdalayır. Biz torpağımızı müdafiə etmək üçün bu təcavüzə lazımi qaydada cavab vermək hüququnu özündə saxlayırıq.
F.Mekdad Türkiyəni "İslam dövləti"ni dəstəklədiyinə görə ittiham edib: "Türkiyə hakimiyyətini "İslam dövləti" ilə dostluq telləri bağlayır."
Xatırladaq ki, ötən gün türk ordusu Suriya ərazisinə daxil olub. Gecə saatlarında 50 yaxın tankın müşayiəti ilə türk əsgəri Suriya ərazisindəki Türkiyəyə məxsus Süleyman Şah türbəsinə çatıb. Orada 8 aydan çoxdur ki, İŞİD qruplaşmasının mühasirəsidə qalan növbətçi əsgərləri azad ediblər. Əməliyyat zamanı bir türk əsgəri həlak olub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024