Dünya (14-04-2015, 22:09)
İtaliyada İslam Universiteti
İtaliyanın Leççe şəhərində İslam Universiteti fəaliyyətə başlayacaq.
ANS PRESS-in məlumatına görə, İslam Universiteti Vəqfinin qurucusu və rəhbəri Giampiero Xalid Paladini mətbuat konfransı təşkil edərək bu haqda xəbər verib. O, oktyabr ayından etibarən universitetdə teologiya dərslərinin keçiriləcəyini deyib. Paladini müxalif düşüncəli insanların etirazına və müxtəlif əngəllərə baxmayaraq, universitetin kampusunun 3 il ərzində tamamlanacağını da bildirib.
3 il əvvəl islamı qəbul edən iş adamı universiteti 1980-ci illərdən bəri tərk edilmiş tütün fabrikində tikdirib. İnşası sona çatanda universitetdə 5 min tələbə təhsil ala biləcək. Paladini həmçinin qeyd edib ki, universitet dialoq və anlayışa doğru atılan bir addım, hər kəsə açıq bir institut olacaq.