Dünya (Bu gün, 14:13)
Bu il ADB-nin yeni öhdəlikləri ötənilki göstəricidən az ola bilər

Mediatv.az xəbər verir ki, bunu ADB-nin Su Ehtiyatları və Şəhərsalma İdarəsinin baş direktoru Norio Sayto Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
O, xatırladıb ki, ADB həm dövlət, həm də özəl sektorda əməliyyatlar aparır.
"Bizim portfelimiz hazırda 100 milyard ABŞ dollarını ötür. Nəqliyyat sektoruna daxil olan şəhər nəqliyyatı istisna olmaqla, şəhər sektoru üzrə portfelimiz təxminən 17 milyard ABŞ dolları təşkil edir. Portfelin 50 %-dən çoxu Cənubi Asiyanın payına düşür, Hindistan və Banqladeş liderlik edir. Mərkəzi və Qərbi Asiya portfelimizin təxminən 15 %-ni əhatə edir, bunun da böyük hissəsi Pakistana və Özbəkistana aiddir", - baş direktor qeyd edib.
Onun sözlərinə görə, ADB hər il təxminən 3 milyard ABŞ dolları yeni öhdəliklər götürür.
"Keçən il bu məbləğ bir qədər çox idi, bu il isə bir qədər az ola bilər. Bu 3 milyardın təxminən 50 %-i iqlim maliyyəsi kimi nəzərdə tutulur ki, bunun da təxminən üçdə ikisi iqlimə uyğunlaşmanın maliyyələşdirilməsini əhatə edir", - N.Sayto əlavə edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
17 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025
16 10 2025