Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-07-2024, 15:39)
Maraqlar bəllidir: KADRLAR ROL OYNAMIR... - GƏLİŞMƏ

Maraqlar bəllidir: KADRLAR ROL OYNAMIR...
Avropa İttifaqı (Aİ) Şurası Maqdalena Qrononu Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndə təyin edib. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, M.Qrono səlahiyyət müddəti avqustun 31-də başa çatacaq Toivo Klaarı əvəz edəcək və o, sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.

"O, BMT və ATƏT ilə sıx koordinasiya şəraitində Gürcüstandakı böhran da daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə və Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verəcək", - məlumatda qeyd olunub.

M.Qronu Cənubi Qafqaza və buradakı duruma bələd olan diplomatdır. Onun indiyə qədərki fəaliyyətinin müəyyən hissəsi də məhz Cənubi Qafqazla bağlı olub. On il ərzində Cənubi Qafqazda münaqişələr və idarəçilik, o cümlədən Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru kimi çalışıb.

T.Klaar 2017-ci ildən etibarən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərirdi. Onun fəaliyyət dövrü Cənubi Qafqazda, o cümlədən Azərbaycanla Ermənistan arasında ciddi proseslərin, tarixi hadisələrin baş verdiyi dövrə təsadüf edib. Bu hadisələrə misal olaraq xüsusilə 2020-ci ildəki İkinci Qarabağ müharibəsini, Qarabağdakı separatçı rejimin ləğv olunmasını, Azərbaycanla Ermənistan arasında birbaşa təmasların başlanmasını göstərmək olar. Amma bu, nə Aİ-nin, nə də T.Klaarın uğurudur.

Məsələ burasındadır ki, Aİ-nin Cənubi Qafqazla bağlı siyasəti riyakarlıq üzərində qurulub. İndiyə qədər Aİ-nin, o cümlədən onun əsas üzvü olan Fransanın fərdi şəkildə Ermənistanı silahlandırmasına dair məlumatlar yayılıb. Yeri gəlmişkən, xatırladaq ki, Aİ Sülh Fondu Şurası bu yaxınlarda Ermənistana 10 milyon avro maliyyə vəsaiti ayırdı. Niyə? Məqsəd nədir? Madam ki, Aİ Cənubi Qafqazda sülh üçün çalışır, onda niyə rəsmi İrəvanın silahlanmasına şərait yaradır? Bu sualın cavabı onu deməyə əsas verir ki, Aİ-nin sözləri ilə əməlləri üstə-üstə düşmür.

Üstəlik, indiyə qədər T.Klaar Azərbaycana və Ermənistana dəfələrlə səfərlər edib, müxtəlif səviyyələrdə təmaslar olub. Amma bu təmasların heç bir nəticəsi olmayıb. Səfərlər daha çox turistik xarakter daşıyıb. Əgər belə olmasa idi atılan addımlar nəticə verər, Qarabağ məsələsi çoxdan, müharibəyə ehtiyacı olmadan həllini tapardı.

Digər bir məsələ - bəlli olduğu kimi, Aİ-nin əsas üzvlərindən biri Fransadır. Bu dövlət uzun illər ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi məhz Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olub. Lakin bu cəhdlər də faydasız olub. Bəlkə də, heç səmimi deyil. Təsadüfi deyil ki, bu qurumun “dişsiz” olduğuna əmin olandan sonra həm rəsmi Bakı, həm də İrəvan ondan imtina etdi.

Başqa bir məqam isə budur: İndi Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır. Bunu Aİ özü də etiraf edir. Amma heç indi də bu qurum sülh üçün həqiqi səylər ortaya qoymur. Aİ-nin Cənubi Qafqazla bağlı siyasəti regional sülhü yox, münaqişəni tələb edir. Çünki mümkün sülh Aİ -nin bölgə ilə bağlı “oyundankənar” vəziyyətdə qalması, təsir imkanlarının azalması deməkdir.

Beləliklə, demək olar ki, M.Qrononun fəaliyyətindən də ciddi nəticə gözləməyə dəyməz. Yəqin ki, o, ilk vaxtlar bərli-bəzəkli bəyanatlar verəcək. Yeni xüsusi nümayəndə tanışlıq məqsədilə həm Azərbaycana, həm də Ermənistana mümkün səfərində regionda sülhü dəstəklədiyinə dair xoş açıqlamalar verə bilər. Amma bütün bunlara inanmağa dəyməz.

Nəzərə almaq lazımdır ki, vəzifəni kimin yerinə yetirməsindən asılı olmayaraq, o, sadəcə icraçıdır. Aİ-nin siyasəti isə məlumdur və hələ ki, dəyişməzdir. Yəni xanım diplomat sadəcə ona verilən tapşırıqları yerinə yetirəcək.

M.Qrononun ciddi, səmimi addımlar atması üçün əvvəlcə Aİ regionla bağlı siyasəti dəyişməlidir. Bu isə hələ ki, ağlabatan görünmür.

Bir sözlə, Aİ-nin Cənubi Qafqaza kimin nümayəndə təyin etməsindən asılı olmayaraq, rəsmi Bakı əvvəl olduğu kimi, bundan sonra da öz işini müstəqil görəcək.

Report.Az
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024