Dünya (3-02-2024, 09:22)
Rusiya sərhədçiləri getsə, İran da Ermənistana qarşı ərazi iddiaları irəli sürəcək… - GƏLİŞMƏ
Rusiya sərhədçiləri Ermənistandan gedəndən dərhal sonra Türkiyə və İran Ermənistana ərazi iddiası irəli sürə bilər.
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, erməni hərbi ekspert Hayk Nahapetyan Ermənistan televiziyasında yayımlanan “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində belə deyib.
“Ermənistanın Türkiyə və İranla demarkasiya və demarkasiya edilmiş sərhədləri yoxdur, onlar Sovet İttifaqının sərhədləridir.
Siz rus sərhədçi qoşunlarını çıxardığınız anda Türkiyə deyəcək: bir dəqiqə gözləyin, mən Ermənistanla sərhədləri müəyyən etməliyəm. İran da deyəcək ki, əgər Ermənistanı qoyun kimi qurbangahın üstünə qoyublarsa, niyə o da böyük bir tikə almasın”, - deyə ekspert qeyd edib.
H.Nahapetyanın sözlərinə görə, yeni Konstitusiyada neytrallıq haqqında bənd olacaq, Ermənistan qonşularına hücum etməməyi öhdəsinə götürəcək, qonşularımız isə bizə hücum etməyəcək.
Şərhçi yeni Konstitusiyada Ermənistanın heç bir hərbi-siyasi müttəfiqliyə qoşulmamasını ehtiva edən olan daha bir bənd olacağını da proqnozlaşdırır.
“Bununla da Qərb Rusiya hərbi varlığını Ermənistandan çıxarmaq planını həyata keçirəcək”,- deyə erməni ekspert vurğulayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024