Dünya (2-02-2024, 12:22)
Ərdoğan Vaşinqtona gedə bilər , Ankara ilə Vaşinqton arasında gərginlik azalıb"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə gedə bilər.
Mediatv.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” nəşri yazıb.
Bildirilib ki, ABŞ Prezidenti Cozef Baydenin həmkarını Vaşinqtona dəvət etməsi mümkündür.
Qeyd olunub ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra Ankara ilə Vaşinqton arasındakı gərginlik azalıb: “Əgər ABŞ F-16-larla bağlı irəliyə doğru addım atarsa, yeni vəziyyət yaranacaq”.
Nəşrin məlumatına görə, liderlər Yaxın Şərqdəki durumu, NATO-nun genişlənməsini, həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü müzakirə edə bilərlər.
Qeyd edək ki, R.T.Ərdoğan yanvarın 25-də İsveçin Alyansa üzvlüyünü rəsmi olaraq təsdiq edib. Bundan sonra qırıcıların Türkiyəyə tədarükü ilə bağlı Ağ Ev Konqresə müraciət göndərib.