Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-06-2023, 13:23)
Rusiya FTX-si Priqojini zərərsizləşdirməyi əmr edib - Budanov

 Rusiya FTX-si, silahlı üsyan cəhdindən sonra Vaqner ÖHK-nin qurucusu Yevgeni Priqojini ləğv etmək tapşırığını aldı.

Bu barədə amerikalı jurnalistə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.
“Biz bilirik ki, Priqojini öldürmək FTX-yə həvalə edilib. Bu işdə uğur qazanacaqlarmı? Zaman göstərəcək. Bu və ya digər şəkildə, bütün potensial sui-qəsd cəhdləri tez olmayacaq. Onlara uyğun yanaşmalar hazırlamaq və genişmiqyaslı əməliyyata hazır olduqları mərhələyə çatmaq üçün müəyyən vaxt lazımdır. Ancaq vurğulamaq istərdim ki, bu, böyük açıq qalan sualdır. Onlar bunu bacaracaqlarmı? Onlar bu əmri yerinə yetirməyə cəsarət edəcəklərmi?”

O qeyd edib ki, Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş istənilən hərəkət Ukrayna üçün faydalıdır.

“Biz onların [Rusiyanın Ukraynaya qarşı müharibəsinə] ciddi təsirindən danışa bilmərik, çünki bütün bu hadisələr çox qısa müddət ərzində davam edib. Bununla belə, Rusiyanın hərbi kosmik qüvvələrinə müəyyən ziyan dəyib. İkincisi, biz Vagner ÖHK-nın Ukraynada öz əməliyyatlarını həyata keçirən ayrıca bir qurum kimi görünəcəyini gözləmirik. Və hesab edirəm ki, bu amil bizim üçün kifayət qədər vacibdir”, - deyə, Budanov əlavə edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024