Dünya (30-06-2023, 13:03)
Dünya Bankı Ukraynaya 1,5 milyard dollar kredit verib

Bu barədə bankın mətbuat xidməti və Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
“Vəsaitlər Yaponiya hökumətinin zəmanəti ilə veriləcək və sosial müdafiənin gücləndirilməsi və iqtisadiyyatın bərpası üçün istifadə olunacaq. Xüsusilə, kredit məcburi köçkünlərə subsidiyaların və pensiya ödənişlərinin dəstəklənməsinə kömək edəcək”, - deyə, Şmıxal şərh edib.
Dünya Bankı qeyd edib ki, vəsait əhalinin ən yoxsul və ən həssas təbəqələrinə yardım göstərmək üçün Ukraynanın sosial müdafiə sisteminin gücləndirilməsinə yönəldiləcək. Kredit həmçinin dövlət resurslarından istifadədə hesabatlılığı və şəffaflığı artıran islahatları dəstəkləyəcək.
Bu günə qədər Dünya Bankı Qrupu Ukraynaya yardım üçün 37,5 milyard dollardan çox vəsait səfərbər edib.
Hazırladı: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025