Dünya (29-06-2023, 11:11)
Aİ Ukraynaya "təhlükəsizlik öhdəlikləri" təklif etmək niyyətindədir
Aİ sammitində Ukrayna uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün təhlükəsizlik öhdəlikləri təklif etməyə hazırlaşır.
Avropa İttifaqı Ukraynaya “gələcək təhlükəsizlik öhdəlikləri” təklif etməyə hazırlaşır, çünki blok liderləri Rusiyada artan qeyri-sabitlik və davam edən döyüşlər fonunda Kiyev üçün uzunmüddətli öhdəliklər barədə razılığa gəlməyə çalışırlar.
Bu barədə mediatv.az Financial Times-a istinadən xəbər verir.
Aİ üzvləri Fransa və Almaniya, İngiltərə və ABŞ ilə birlikdə Ukraynaya uzunmüddətli maliyyə, hərbi yardım, təlim və kəşfiyyat məlumatları təqdim etmək üçün ikitərəfli təhlükəsizlik sazişləri üzrə danışıqlara rəhbərlik ediblər.
Bir diplomatın sözlərinə görə, Fransa tərəfindən hazırlanan Aİ bəyannaməsi Ukrayna və Rusiyaya “çox aydın siyasi siqnal” göndərmək məqsədi daşıyır. O, həmçinin göstərir ki, Aİ Ukraynanı qorumaq üçün nəzərdə tutulmuş daha geniş təhlükəsizlik sistemində maraqlıdır.
Təklif Aİ-nin neytral dövlətləri olan İrlandiya, Malta və Avstriyanın müqaviməti ilə üzləşib.
Nəşrin gördüyü bəyanat layihəsində deyilir ki, Avropa İttifaqı və onun üzv dövlətləri “tərəfdaşları ilə birlikdə Ukraynaya uzunmüddətli perspektivdə özünü müdafiə etməyə, təcavüz aktlarının qarşısını almağa və müqavimət göstərməyə kömək edəcək, Ukrayna qarşısında gələcək təhlükəsizlik öhdəliklərinə töhfə verməyə hazırdırlar”.
Sənəddə əlavə olunur ki, iş “bəzi üzv dövlətlərin təhlükəsizlik və müdafiə siyasəti” (neytral ölkələr) nəzərə alınmaqla “belə töhfə üçün mexanizmlərin erkən nəzərdən keçirilməsinə” yönəldiləcək.
Bundan əvvəl KİV-lər bildirmişdilər ki, NATO-nun dörd ölkəsi Ukrayna ilə Alyansa üzvlük vədləri əvəzinə uzunmüddətli təhlükəsizlik zəmanəti verəcək çoxtərəfli saziş üzərində işləyir.
Hazırladı: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024