Dünya / Slayd (25-06-2023, 11:35)
PRİQOJİN NİYƏ GERİ ÇƏKİLDİ? - Açıq qalan suallar var"
“Kreml sahibi Vladimir Putin hər zaman Rusiyanın böyüklüyündən danışıb, ancaq hazırda elə bir vəziyyətə düşüb ki, belaruslu həmkarı Aleksandr Lukaşenkondan Priqojinlə əlaqə saxlamasını xahiş edib. Əslində bu durum Putinin Rusiyanın suverenliyini şübhə altına almasının etirafıdır”.
Mediatv.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiyada “Vaqner” qiyamının nəticələrini şərh edərkən deyib.
Ekspert xatırladır ki, Putinin Priqojinin yanına göndərdiyi generallar “Vaqner” rəhbərini yol gətirə bilmədilər: “Priqojin onları alçaldaraq yola saldı. Belə olan halda Putin Lukaşenkoya möhtac qaldı. Priqojin Lukaşenko ilə telefon danışığından sonra qüvvələrini geri çəkdiyini elan edib, ancaq bu hələ flimin sonu deyil, açıq qalan suallar var:
1. Putinin Priqojin əleyhinə qaldırdığı cinayət işi xətm olunacaqmı, yoxsa qüvvədə qalacaq? (artıq cinayət işi xətm olunacağı bəyan edilib – red.)
2. ”Vaqner” muzdlu qruplaşması Putinin tələb etdiyi kimi Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaqmı?
3. “Vaqner” müqavilə imzalamasa tərksilah olunacaqmı və bu necə həyata keçiriləcək?Mediatv.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiyada “Vaqner” qiyamının nəticələrini şərh edərkən deyib.
Ekspert xatırladır ki, Putinin Priqojinin yanına göndərdiyi generallar “Vaqner” rəhbərini yol gətirə bilmədilər: “Priqojin onları alçaldaraq yola saldı. Belə olan halda Putin Lukaşenkoya möhtac qaldı. Priqojin Lukaşenko ilə telefon danışığından sonra qüvvələrini geri çəkdiyini elan edib, ancaq bu hələ flimin sonu deyil, açıq qalan suallar var:
1. Putinin Priqojin əleyhinə qaldırdığı cinayət işi xətm olunacaqmı, yoxsa qüvvədə qalacaq? (artıq cinayət işi xətm olunacağı bəyan edilib – red.)
2. ”Vaqner” muzdlu qruplaşması Putinin tələb etdiyi kimi Müdafiə Nazirliyi ilə müqavilə imzalayacaqmı?
4. Priqojin başının dəstəsiylə Ukraynaya qarşı müharibəni davam etdirəcəkmi?”
E.Şahinoğlunun sözlərinə görə, Priqojin aşpaz və muzdlu qruplaşma rəhbəri olmaqla yanaşı həm də manipulyasiya ustasıdır.
“Priqojinin rəhbərliyi altında Sankt-Peterburq şəhərində yüzlərlə proqramçıdan ibarət trol ordusu fəaliyyət göstərib. Məhz həmin trollar ABŞ-da prezident seçkisində Donald Trampın Hillari Klinton üzərində qələbə çalması üçün var gücləriylə çalışmışdılar. Yəni bu cür trol ordusu yaradan Priqojinin Lukaşenko ilə razılaşması birinci səhnəni sonu, tamaşanın isə davamı etməsi ola bilər”, -E.Şahinoğlu vurğulayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024