Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-06-2023, 15:01)
Zədələnmiş Şimal axınının unikal sualtı görüntüləri dərc edilib

 Fransanın “Libération” qəzeti zədələnmiş “Şimal axını” borularının sualtı dron vasitəsilə lentə alınmış eksklüziv kadrlarını dərc edib. Material Danimarkanın TV2 kanalı və Almaniyanın RTL kanalı ilə əməkdaşlığının nəticəsi idi.
Nəşrin yazdığına görə, “Nord Stream 2” borusu kiçik partlayıcı qurğu ilə zədələnib – bu qaz kəməri “Şimal axını”ndan daha az zərər çəkib. Boru yalnız bir yerdən qırılıb.
2022-ci ilin sentyabrında Danimarkanın Bornholm adası yaxınlığında “Şimal axını” sisteminin qaz kəmərlərində bir neçə partlayış baş verib və bu, irimiqyaslı dağıntılara səbəb olub. Danimarka, Almaniya və İsveçdə partlayışlar təxribat adlandırılıb və ayrı-ayrı araşdırmalar başlayıb.
Amerika və Almaniya KİV-ləri yazıb ki, Qərb ölkələrinin hakimiyyət orqanları partlayışlarda hansısa “Ukraynayönlü qrup”unun "əli olduğunu" hesab edir. Partlayıcı qurğuların icarəyə götürülmüş yaxtada daşındığı və təxribatda beş kişi (kapitan, iki dalğıc və iki dalğıc köməkçisi), habelə Ukrayna ilə əlaqəsi olan bir qadın həkimin iştirak etdiyi iddia edilib.

2023-cü ilin iyununda “The Wall Street Journal” mənbələrə istinadən xəbər verir ki, MKİ 2022-ci ilin yayında “Şimal axını”na Ukrayna hakimiyyəti tərəfindən gözlənilən hücum barədə məlumat alıb. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, MKİ Kiyevi öz planlarından əl çəkməyə çağırıb. Həmçinin, WSJ mənbələri təxribatın hazırlanmasına Ukrayna Silahlı Qüvvələrinin rəhbəri Valeri Zalujnının rəhbərlik etdiyini bildirib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024