Dünya (21-06-2023, 14:07)
Zelenski "sülh üçün əsaslar" yaratmaq üçün öz fəaliyyəti haqqında fikirlərini təqdim etdi
Ukraynanın yenidən qurulması ilə bağlı Londonda keçirilən ikinci konfransda Ukrayna prezidenti Vladimir Zelenski, iddia etdiyi kimi, “sülh üçün əsaslar” yaradacaq beş istiqamət açıqlayıb.
"Mən sülhün əsaslarını formalaşdırmağa başladığımız beş sahəni qeyd edəcəyəm. Birincisi birlik potensialı, ikincisi sabitlik potensialı, üçüncüsü inkişaf potensialı, dördüncüsü təhlükəsizlik potensialı, beşincisi, çox vacib olanı, demokratiya üçün potensialdır”, - deyə o, konfrans iştirakçıları qarşısında danışıb.
Zelenskinin sözlərinə görə, Ukraynadakı münaqişə Avropa İttifaqını bir araya gətirdi və həmçinin NATO-ya “mənəvi gücünü” nümayiş etdirməyə imkan verdi. O, həmçinin Ukraynanın “artıq Aİ dəyər məkanına” və “NATO təhlükəsizlik məkanına” aid olduğunu iddia edib.
Zelenski 2022-ci il noyabrın ortalarında İyirmilik Qrupu (G20) sammitinin iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən 10 bənddən ibarət “sülh planı” irəli sürüb. Onların arasında nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, “hamı üçün” düsturuna əsasən “tutulan şəxslərin” mübadiləsi və Ukraynanın ərazi bütövlüyünün bərpası var. Prezident bir daha xatırladıb ki, Kiyev ona beynəlxalq təhlükəsizlik təminatları verməkdə israrlıdır və müvafiq sənədin layihəsini hazırlayıb. Zelenski əlavə edib ki, Ukrayna hərbi əməliyyatlardan itkiləri Rusiyanın aktivləri hesabına kompensasiya etmək üçün beynəlxalq mexanizm yaratmağa çalışır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğuladı ki, Zelenski sülh planı ABŞ-ın Avropada münaqişənin qızışdırılması üçün növbəti təlimatıdır. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Zelenskinin sülh yolu ilə nizamlanma ilə bağlı bəyanatları mövcud reallıqlar nəzərə alınmadan verilir.
Hazırladı: Səadət Sultan
Çərşənbə günü Londonda Ukraynanın bərpasına dair ikinci konfrans öz işinə başlayıb. Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisindən verilən məlumata görə, iki gün davam edəcək tədbirdə 61 ölkədən mindən çox xarici qonağın, eləcə də qeyri-hökumət təşkilatları və biznes qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024