Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-06-2023, 09:14)
Nikol 19 oktyabrda Putinə yalvarırdı ki, türklər Zəngəzura girir…

 Nikol Paşinyan verdiyi açıqlamalarla müharibənin əsas günahkarı və dövlət cinayətkarı olması barədə böyük faktları ortaya qoydu.
Mediatv.az xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov erməni mediasına açıqlamasında ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı parlament komissiyasının iclasında dediyi sözlərə cavabında bildirib.
“12 oktyabrda biz Nikolla görüşdük. O dedi ki, vəziyyət yaxşı deyil, biz məğlub olacağıq, yalnız Rusiya bu durumu dayandıra bilər. Ona dedim ki, onda Rusiyaya müraciət et. Dedim: “Sabah vəziyyətin daha pis, qurbanların daha çox olacağını istisna edirsiniz?”
İkinci dəfə 19 oktyabrda, Nazirlər Kabinetinin iclasından sonra görüşdük. O dedi ki, biz müharibəni uduzmuşuq, vəssalam, bitdi. Əvvəl “5+2” (7 rayonun qaytarılması) formulundan danışırdı, ancaq Şuşa ora aid deyildi”, - o vurğulayıb.
Şarmazanovun sözlərinə görə, sonradan öyrənib ki, oktyabrın 19-da Rusiya prezidenti müharibəni dayandırmağı təklif edib – əhəmiyyətsiz ərazilər (işğalda olan o vaxtkı Dağlıq Qarabağın ətrafındakı 7 rayon – red.) Azərbaycana veriləcək, Şuşa isə Ermənistanın nəzarətində qalacaqdı:
“Nikol Paşinyan sübut etdi ki, 19 oktyabrdan sonra bütün qurbanların günahkarı odur. Əgər hətta 19 oktyabrla 9 noyabrdakı şərtlər eyni olsa belə, o, müharibəni dayandırmaqla ən azı 2 min əsgərin həyatını xilas edə bilərdi. Oktyabrın 19-da o, elə bir vəziyyətə düşdü ki, Putindən türklərin Zəngəzura (Sünikə) girməməsi üçün Ermənistanla sərhədə qoşun, heç olmasa, bayraq gətirməyi xahiş etdi. Bizi Zəngəzuru xilas etmək istədiyinə inandırırdı, indi isə Meğridəki sülhməramlılara qarşı olduğunu deyir.
Əgər o, 19 oktyabrda Meğriyə rusların girməməsi üçün daha yaxşı şərtlərlə saziş imzalamaya bilirdisə və 9 noyabrda bunkerə qaçdısa, necə imzalamaya bilərdi? O, burda da aldadır”.
O qeyd edib ki, müharibənin səbəbkarı Paşinyan oldu, çünki o, “Qarabağ Ermənistandır” dedi və “mən necə lazımdırsa, danışıqlar aparıram” söylədi:
“Bütün günah ondadır. 17 noyabrda Putin dedi ki, 19 oktyabrda Azərbaycan tərəfi razılaşdı, Ermənistan razılaşmadı. Əgər kişidirsə, qoy desin ki, Putin yalan danışır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024