Dünya (9-06-2023, 12:56)
Hindistan NATO+ formatına qoşulmaqdan imtina edir
“Blok yanaşması Yeni Dehliyə aid deyil”. Bu sözləri Hindistanın xarici işlər naziri Subramanyam Caişankar ABŞ-ın NATO+-a qoşulmaq təklifinə cavab olaraq deyib.
Bu barədə Mediatv.az russian.rt.com-a istinadən məlumat verir.
“Bir çox amerikalılar hələ də Şimali Atlantika Müqaviləsi ilə bağlı bu konsepsiyaya sahibdirlər. Buna görə də, qarşılaşdıqları hər bir vəziyyətdə sanki dünyaya baxdıqları yeganə şablon və ya baxış bucağı kimi davranırlar. Reallıqda bu şablon Hindistana şamil edilmir”, - deyə Cayşankar amerikalı konqresmenlərin Cənubi Asiya ölkəsini NATO+ formatının yeni üzvü etmək təşəbbüsünü şərh edərkən vurğulayıb.
Lakin onun sözlərinə görə, Yeni Dehli bunu Vaşinqtonun “Hindistanla daha çox məşğul olmaq” istəyi kimi qəbul edir.
“Bu terminologiyadan sadəcə onlara tanış olduğu üçün istifadə edirlər. Mən çox terminologiyaya varmazdım. Mən yalnız Konqresin komissiyasının Hindistanla daha çox iş görmək əzmində olmasını yüksək qiymətləndirərdim və hesab edirəm ki, bu, çox yaxşıdır " - deyib.
Bundan əvvəl Konqresin ABŞ və Çin Kommunist Partiyası (ÇKP) arasında strateji rəqabət üzrə Seçmə Komitəsi Hindistanın NATO+ formatına qoşulmasını təklif etmişdi.
Komitənin tövsiyəsində deyilir: "Hindistanın NATO+ təhlükəsizlik razılaşmasına daxil edilməsi qlobal təhlükəsizliyi gücləndirmək və bütün Hind-Sakit okean regionunda ÇKP təcavüzünün qarşısını almaq üçün ABŞ və Hindistan arasında sıx tərəfdaşlığa əsaslanacaq".
Xatırladaq ki, NATO+ formatı Şimali Atlantika Alyansının üzvləri olan ölkələri və ABŞ-ın müttəfiqi olan beş dövləti: Yeni Zelandiya, Avstraliya, Yaponiya, Cənubi Koreya və İsraili birləşdirir.
ABŞ-ın Hindistandakı səfiri Erik Qarsettinin daha sonra qeyd etdiyi kimi, Nyu-Dehli Vaşinqtonun ən yaxın tərəfdaşlarından biri kimi NATO+ qrupuna daxil olub-olmamaq barədə qərar verməli olacaq. Qarsettinin sözlərinə görə, Vaşinqton bu məsələni və əməkdaşlığın digər aspektlərini perspektivli kimi qiymətləndirir. O, həmçinin vurğulayıb ki, “Hind-Sakit okean əməkdaşlığı” kontekstində Vaşinqton və Yeni Dehli “əlaqələr qurublar”.
Diplomat Hindistanın WION telekanalına müsahibəsində deyib: “Birləşmiş Ştatlar şərq sərhədidir və burada, Hindistanda bizim ümumi regionumuzun qərb sərhəddi var, biz sadəcə, azadlıqlara hörmət etmək, təhlükəsizliyimizi təmin etmək istəyirik”.
Hazırladı: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024