Dünya (8-06-2023, 11:21)
ABŞ prezidentliyinə iddialılardan biri Ukraynaya yardım göstərilməsini dəstəkləyib
Mediatv.az bildirir ki, Prezidentliyə namizəd olan ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Ukraynaya hərbi yardımın göstərilməsini dəstəklədiyini bildirib.
O, bu barədə CNN studiyasında danışıb.
“Bilirəm ki, bu debatda bəziləri Ukraynadakı müharibəni “ərazi mübahisəsi” adlandırdılar. Bu doğru deyil: bu, rus istilası, səbəbsiz rus işğalı idi. Mən inanıram ki, ABŞ cəsur Ukrayna əsgərlərini Rusiyanın bu işğalını dəf etmək və ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan resurslarla dəstəkləməyə davam etməlidir”, - deyə, Pens bildirib.
“O (Putin – red.) dayanmaq fikrində deyil. O, Şərqi Avropada köhnə sovet təsir dairəsini yenidən yaratmaq istədiyini açıq şəkildə bildirdi”, - deyə siyasətçi əlavə edib.
Pens həmçinin Donald Trampı Putini “dahi” adlandırdığına görə qınayıb.
“Mən dahi ilə müharibə cinayətkarı arasındakı fərqi bilirəm və Ukraynadakı müharibədə kimin qalib gəlməsi lazım olduğunu bilirəm. Xalq öz azadlığı və milli suverenliyinin bərpası uğrunda mübarizə aparır. Bu bizim müharibəmiz deyil, azadlıq mübarizəmizdir. Biz isə Ukrayna xalqına öz ərazilərini döyüşmək və müdafiə etmək imkanı verməliyik”, - Pens bildirib.
Xatırladaq ki, daha əvvəl həmin studiyada ABŞ-ın keçmiş prezidenti Donald Tramp onun fikrincə, Rusiya-Ukrayna müharibəsində kimin qalib gəlməli olduğu sualına cavab verməmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024