Dünya (7-06-2023, 12:51)
“Bu, fəlakət olacaq”: Rusiyayönlü ölkələrin yeni bloku Avropanı qorxutdu

Belə olan halda Aİ Kiyevə hərbi və maliyyə yardımı göstərməkdə və Moskvaya qarşı yeni sanksiyaların tətbiqində çətinliklərlə üzləşə bilər. NEWS.ru ekspertlərdən rusiyayönlü blokun Avropa siyasətinə təsir etmək gücündə olub-olmadığını öyrənib.
Avropanın “Politico” nəşri yazır ki, Mərkəzi Avropada rusiyayönlü dövlətlər bloku yarana bilər. Söhbət anti-Rusiya sanksiyalarının davamlı tənqidçisi Viktor Orbanın 10 ildir hökumətə rəhbərlik etdiyi Macarıstanın mövqeyini dəstəkləyə bilən Avstriya və Slovakiyadan gedir.
Avstriyada keçirilən rəy sorğularında ifrat sağçı Avstriya Azadlıq Partiyası (APS) bir neçə aydır ki, liderlik edir. Onun lideri Herbert Kickl rusiyayönlü fikirlərə malikdir. 2016-cı ildə o zaman Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi Azadlıq Partiyası “Vahid Rusiya” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Lakin Avstriyada növbəti seçkilər yalnız bir ildən sonra baş tutacaq. Və qonşu Slovakiyada - artıq bu sentyabrda olacaq. Sorğulara görə, keçmiş baş nazir Robert Fikonun sol mərkəzçi Smer partiyası liderlik edir. O, həm də Rusiyaya rəğbəti ilə tanınır və artıq qələbə qazanacağı təqdirdə Ukraynanı dəstəkləməyi dayandıracağını bəyan edib. Fiko hətta Ukrayna prezidenti Vladimir Zelenskini yalan danışmaqda ittiham edib və Ukraynanın NATO-ya daxil edilməsi ideyasını “Avropada gərginliyi artıracaq ən pis qərar” adlandırıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025