Dünya (6-06-2023, 13:18)
Vladivostokda Şimali Koreyanın Baş Konsulluğunun nümayəndəsinin həyat yoldaşı və oğlu yoxa çıxıb

Müəyyən edilib ki, 43 yaşlı Kim Kum Sun və onun 15 yaşlı oğlu 2023-cü il iyunun 4-də KXDR-in Vladivostokun Nevskaya küçəsində yerləşən baş konsulluğunun ərazisini tərk ediblər. O vaxtdan bəri onların harada olması barədə heç nə məlum deyil.
Qadının əynində ağ köynək və qara şalvar, yeniyetmənin isə boz şalvar və qara gödəkcədə olduğu dəqiqləşdirilir.
Telegram Baza kanalının məlumatına görə, 62 yaşlı Çoi Yonq Nam polisə müraciət edib. Kişi bildirib ki, həyat yoldaşı və oğlunun mobil telefonları yoxdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşmüş şəxslərin konsulluq binasını taksi ilə tərk etdiklərini müəyyən ediblər. Qadın və yeniyetməni aparan taksi sürücüsünün şəxsiyyəti müəyyən edilib. Kişi onları Russkaya küçəsindəki binaya düşürdüyünü dedi. Onun sözləri həmin ərazidə yerləşən müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.
Polis hadisənin bütün şəraiti və səbəblərini araşdırır.
Daha əvvəl bildirilmişdi ki, Krasnodar diyarında taksiyə minib yoxa çıxan 25 yaşlı dizayner qızı axtarırlar.
Tərcümə etdi: Səadət Sultan

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025