Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-06-2023, 13:27)
Peskov ABŞ-ın START ilə bağlı dialoqunu müsbət bəyanat adlandırıb

 Mediatv.az news.ru-ya istinadən məlumat verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Vaşinqtonun Moskva ilə ilkin şərt olmadan silahlara nəzarət üzrə dialoq aparmağa hazır olması barədə sözlərini şərh edib.
“Bu, vacib və müsbət bəyanatdır. Təbii ki, biz onun addım-addım dəstəklənəcəyini gözləyirik, o zaman təklif olunan dialoq formatlarını nəzərdən keçirmək mümkün olacaq”, - deyə, Kremlin sözçüsü bildirib.
O qeyd edib ki, Rusiya dialoqa açıq olaraq qalır, “lakin əvvəlcə təklifin necə formalaşdığını anlamaq lazımdır”.
“Belə mühüm və həssas məsələlərdə, xüsusən də ikitərəfli münasibətlərimizdə kəskin inam çatışmazlığı hiss etdiyimiz zaman, mətbuatdakı bəyanatlara diqqət yetirmək çox çətindir”, - Peskov belə deyib.
Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Silahlara Nəzarət Assosiasiyasının illik toplantısında ölkə hakimiyyətinin Rusiya və Çinlə ilkin şərt olmadan silahlara nəzarət üzrə dialoq aparmağa hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, ABŞ ikitərəfli “ixtilafların” həllini gözləmədən “nüvə risklərinin necə idarə olunması və 2026-cı ildən sonra silahlara nəzarət arxitekturasının inkişaf etdirilməsi ilə bağlı Rusiya ilə işləməyə hazırdır”.
İyunun 2-də Sallivan bəyan edib ki, Moskva hazır olarsa, Vaşinqton Strateji Silahların Azaldılması Müqaviləsi (START) çərçivəsində kəmiyyət məhdudiyyətlərinə əməl etməyə hazırdır.
Tərcümə etdi: Səadət Sultanшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024