Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-05-2023, 12:08)
Minsk və Moskva Rusiyanın nüvə silahlarının Belarusda saxlanmasına dair sənədlər imzalayıblar

 




Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, ölkələr tərəfindən görülən tədbirlər “bütün mövcud beynəlxalq hüquqi öhdəliklərə uyğundur”.
Mediatv.az ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, Rusiya və Belarusun müdafiə nazirləri Sergey Şoyqu və Viktor Xrenin cümə axşamı Minskdə Rusiya nüvə silahlarının Belarus ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədləri imzalayıblar. Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
“Görüş zamanı Rusiyaya məxsus qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Şoyqunun qeyd etdiyi kimi, Rusiya və Belarus tərəfindən həyata keçirilən tədbirlər “bütün mövcud beynəlxalq hüquqi öhdəliklərə uyğundur”.
Görüşdə nazirlər hərbi-siyasi vəziyyəti və iki ölkənin müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Rusiya prezidenti Vladimir Putin martın 25-də bildirib ki, Rusiya Belarus tərəfinin xahişi ilə ABŞ-ın öz müttəfiqlərinin ərazisində çoxdan etdiyi kimi, öz taktiki nüvə silahlarını respublikada yerləşdirəcək. Rusiya dövlət başçısının sözlərinə görə, iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdırmaq planlaşdırılır. Moskva artıq Minskə nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” raket kompleksini təhvil verib və Belarus təyyarələrinin xüsusi sursatlardan istifadə edə bilməsi üçün yenidən təchiz edilməsinə yardım edib. Belarus hərbi qulluqçuları Rusiya Federasiyasında müvafiq təlim keçiblər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024