Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-05-2023, 12:09)
Ukraynanın “Xəncər” raketlərini vura bilməsi Rusiyaya psixoloji zərbə vurub





 
Mediatv.az
eurointegration.com.ua-ya istinadən məlumat verir ki, Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının fikrincə, Ukrayna qoşunlarının “Xəncər” hipersəsli ballistik raketlərini vura bilməsi Rusiyaya psixoloji zərbə vurur və eyni zamanda Moskvanı öz planlarını dəyişməyə məcbur edəcək.
ERR xəbər verir ki, bunu Estoniya Baş Qərargah rəisinin müavini polkovnik Mart Vendla deyib.
“İlk növbədə, vurulmuş “Xəncər” raketləri Ukrayna tərəfinin indi özünü və mühüm obyektlərini hipersəsli raketlərindən qorumaq qabiliyyətinə malik olduğuna sübutdur”, - deyə o bildirib.
Polkovnikin fikrincə, Rusiya üçün “Xəncər”i vura bilmənin ən böyük təsirlərindən biri psixolojidir.
"Möcüzəvi və qarşısıalınmaz kimi təqdim edilən bu silahların mifinə ciddi zərbə vurulub. Bundan əlavə, onlar yüksək dəyərli hesab etdikləri hədəfləri məhv etmək imkanlarını yenidən qiymətləndirməli olacaqlar, çünki Ukrayna tərəfi bunun qarşısını ala biləcəyini göstərdi”.
O əlavə edib ki, indi Rusiyanın bu raketləri istifadə və inkişaf tarixini çox diqqətlə öyrənəcəyini gözləmək olar.
Bununla belə, onun qiymətləndirməsinə görə, “Xəncər”in məhv edilməsi Rusiyanın taktiki nüvə silahı çatdırmaq imkanlarını əhəmiyyətli dərəcədə azaltmayacaq.
"Ümumilikdə, bu, nüvə qarşısının alınmasına təsir etməyəcək, çünki nüvə silahından istifadənin və onları hədəfə çatdırmağın müxtəlif yolları var ki, hipersəsli raketlər də onun elementlərindən biridir", - deyə, Vendla bildirib.
Bundan əvvəl Britaniya kəşfiyyatı Rusiyanın Ukraynada bir neçə “Xəncər”i itirdiyini təsdiqləyərək, bu hadisələrin utancverici olduğunu və raketləri “məğlubedilməz” kimi təqdim edən Rusiya Federasiyası üçün sürpriz olduğunu qeyd etmişdi.
 
Tərcümə: Səadət Sultanшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024