Dünya (17-05-2023, 11:38)
Rusiya Ukraynanı əks hücumu təxirə salmağa məcbur etmək üçün hava hücumlarını gücləndirir – CNN
Mediatv.az ru.slovoidilo.ua-ya istinadən məlumat verir ki, Rusiya eyni anda bir neçə istiqamətdən kütləvi hava hücumları təşkil edərək, Kiyevdəki komanda mərkəzlərini və digər mühüm obyektləri hədəfə alıb. Hücumların intensivliyini artırmaqla Rusiya Federasiyası çox güman ki, Ukraynanı əks-hücumunu təxirə salmağa məcbur etməyə çalışır.
Bu barədə CNN amerikalı məmura istinadən yazır.
Eyni zamanda, ruslar Ukraynanın hava hücumundan müdafiə sistemini aldatmaq və məhv etmək üçün daha çox sursat xərcləyirlər.
Bununla belə, Ukrayna Qərb ölkələrinin təqdim etdiyi hava hücumundan müdafiə sisteminin köməyi ilə raket və pilotsuz təyyarələrin böyük bir hissəsini tutaraq hücumlara müqavimət göstərə bilib.
ABŞ rəsmisinin sözlərinə görə, belə tez-tez olunan hücumlar hətta Ukraynaya "fayda verə bilər", çünki Rusiya öz məhdud dəqiqliklə idarə etdiyi silah ehtiyatını getdikcə tükəndirir.
Xatırladaq ki, mayın 16-na keçən gecə Rusiya Ukrayna ərazisinə müxtəlif tipli hava, dəniz və qurudan 18 raket atıb. Bu ona ən azı 128 milyon dollara başa gəlib.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, “Xəncər” raketi Kiyevdə “Patriot” zenit-raket kompleksini məhv edib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bu məlumatı şərh etməyib.
Ağ Ev mediada Patriot sisteminin zədələnməsi ilə bağlı yayılan xəbərləri təsdiqləməyib.
Tərcümə etdi: Səadət Sultan
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024