Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-05-2023, 17:58)
Almaniya Müdafiə Nazirliyi: Bu gün silah tədarükünün dayandırılması sabah Ukraynanın sonu demək olardı




 Mediatv.az eurointegration.com.ua-ya istinadən məlumat verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın dövlətçiliyini qorumaq üçün ona silah yardımı etməyə davam etməyə çağırıb.
O, bu barədə Augsburger Allgemeine və Main-Post-a müsahibəsində deyib.
"Kim bu gün Ukraynaya silah tədarükünü dayandırmağa çağırırsa, Ukraynanı taleyin ümidinə buraxır. Bu gün silah tədarükünün dayandırılması sabah Ukraynanın sonu deməkdir", - nazir deyib.
O əlavə edib ki, məqsəd Ukraynanı “təmin edə biləcəyimiz hər şeylə” dəstəkləmək olmalıdır.
Qeyd edək ki, bundan əvvəl Pistorius Ukraynaya alman qırıcılarının verilməsi imkanını dəfələrlə istisna etmişdi.
“Mən dəfələrlə demişəm ki, bizim Ukraynaya dərhal kömək edəcək qırıcı təyyarələrimiz yoxdur”, - deyə, Pistorius bildirib.
Almaniya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Almaniyanın “Tornado” və “Eurofighter” qırıcıları Ukraynadakı döyüş vəziyyətində hazırda lazım olanlardan tamamilə fərqli imkanlara malikdir.
Lakin bundan əvvəl Almaniya Polşaya beş MiQ-29 qırıcısını Ukraynaya təhvil verməyə icazə vermişdi.
Tərcümə: Səadət Sultanшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024