Dünya (14-05-2023, 16:32)
İran Türkiyə seçkisində kimin yanındadır?
Türkiyədə baş verən hər hansı dəyişiklik regional münasibətlərə, xarici siyasətə, hətta İranın hərbi və müdafiə yanaşmalarına birbaşa təsir edir.
Bu sözləri Axar.az-a iranlı siyasi ekspert, Yaxın Şərq və Qafqaz üzrə təhlilçi Rəhman Qəhrəmanpur deyib.
Seçkilərin nəticələrinin İrana təsirindən danışan ekspert Rəcəb Təyyib Ərdoğanın qələbəsinin Tehran üçün mənfi və müsbət tərəflərini açıqlayıb:
"Ümumiyyətlə, Ərdoğanın İran üçün böyük narahatlıq və eyni zamanda böyük bir fürsət olduğuna inanıram. Çünki o, İrana qarşı sanksiyalar zamanı ABŞ-ın qarşısında dayanıb, sanksiyalar tətbiq etməyib və “Halk Bank”ın ABŞ sanksiyalarından yan keçməsinə icazə verib. Heç bir siyasi hakimiyyət və heç bir ölkə bu riskə getməyə hazır olmadığı halda, Ərdoğan sanksiyaların şiddətli vaxtında İrana yanacaq nəqli məsələsini həll edəcəyini deyib, sanksiya qətnaməsində İranın lehinə səs verib. Bu isə Ərdoğanın İran üçün bir fürsət olduğunu göstərir. Eyni zamanda, Ərdoğan ciddi təhdid də ola bilər. Çünki o, Qarabağ məsələsində Azərbaycanın yanındadır, İraqda və Sincarda İran və İranın müttəfiqi "Həşdi Şabi" qüvvələri ilə toqquşur və s.”
O, Kamal Kılıçdaroğlunun İran üçün daha az narahatlıq yaratdığını bildirib:
"Qeyd etdiyim və başqa səbəblərə görə, Ərdoğanla müqayisədə Kamal Kılıçdaroğlu İran üçün daha az narahatlıq yaradır. Ancaq bir məsələni də qeyd etməliyəm ki, az təhlükəli olan Kılıçdaroğlu eyni halda İran üçün daha az faydalıdır. Yəni Kılıçdaroğlu Qərbin qarşısında dayanıb, İrana qarşı tətbiq edilən və edilə biləcək sanksiyalardan yan keçmək iqtidarında deyil. O, Ərdoğanın əksinə olaraq, belə bir riskə getməyəcək".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024