Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-04-2023, 14:32)
“Ermənistan Qərbin sanksiyalarından yan keçməkdə Rusiyaya fəal kömək edir”

 “Ermənistan Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməkdə bu ölkəyə fəal şəkildə kömək edir”.

Mediatv.az xəbər verir ki, bunu Ukraynanın Təhlil və Strategiyalar Mərkəzinin rəhbəri İqor Çalenko Ali Rada televiziyası jurnalistlərinin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda Avropa və Şərqi Asiyadan təkcə malların deyil, həmçinin Rusiya hərbi sənayesi üçün zəruri olan aparatların tədarükü həyata keçirilir.

“Qərbə yönəlmək üçün cəhdlər edən rəsmi İrəvan əslində Kreml rejiminin ortağıdır”, - o əlavə edib.

Politoloq qeyd edib ki, əgər 2021-ci ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 840 milyon ABŞ dolları təşkil edirdisə, 2022-ci ildə bu göstərici artıq 2,4 milyard ABŞ dolları olub: “Faktiki olaraq, ticarət dövriyyəsi 3 dəfə artıb”.

Çalenkonun sözlərinə görə, Ermənistanın özündə əhalinin texnoloji mallara tələbatı baxımından izaholunmaz artım müşahidə olunur.

“Ötən il təkcə mobil telefonların idxalı bir il əvvəlkindən 10 dəfə çox olub”, - politoloq bildirib.

Sonda İ.Çalenko əlavə edib ki, bir çox ABŞ şirkətləri Ermənistana çiplərin tədarükündən imtina edirlər. Buna səbəb şirkətlərin həmin məhsulların sonradan Rusiyaya ötürüləcəyindən xəbərdar olmasıdır.шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024