Britaniya Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında çıxışına mane olub.

Mediatv.az xəbər verir ki, Bu barədə Britaniyanın BMT-dəki nümayəndəliyinin "Twitter" səhifəsində məlumat verilib. 

Rusiya ukraynalı uşaqların qondarma "evakuasiyası" ilə bağlı BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasını çağırıb. Moskva iclasa Mariya Lvova-Belovanı dəvət edib. Lakin Britaniya Rusiya Ombudsmanı ilə görüşün yayımını əngəlləyib. 

"Ona dezinformasiya yaymaq üçün BMT platforması verilməməlidir. Əgər Mariya Lvova-Belova öz əməllərinə görə cavab vermək istəsə, Haaqada bunu edə bilər", - britaniyalı diplomatlar vurğulayıblar.