Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-11-2022, 10:30)
“İran buna görə cavab verməlidir” - Zelenski

“İran buna görə cavab verməlidir”

“İran Rusiyaya silah tədarük etdiyinə görə cavab verməlidir”.

Mediatv.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen ilə telefon danışığında İran rejiminə qarşı təzyiqin gücləndirilməsini müzakirə etdik. İranın Rusiya terrorunda iştirakı cəzalandırılmalıdır. Biz bu məsələni yalnızca ənənəvi tərəfdaşlarımız səviyyəsində qaldırmayacağıq. Bütün dünya biləcək ki, İran Rusiyaya bu müharibəni uzatmağa kömək edir”, - deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, İran Rusiyaya silah göndərməsəydi, Ukrayna hazırda qələbəyə yaxın olardı: “Rusiyaya bu müharibəni uzatmağa kömək edən hər bir kəs onunla birgə bu müharibənin nəticələrinə görə cavab verməlidir”.

Qeyd edək ki, Ukrayna tərəfinin açıqlamasına görə, ölkə müharibədə hər gün azı 10 ədəd İran istehsalı “Shahed-136” pilotsuz uçuş aparatları zərərsizləşdirir. İran tərəfi isə Rusiyaya PUA göndərməsi ilə bağlı xəbərləri təkzib edir.

шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025