Dünya (20-10-2022, 16:31)
“Dünya yüksək geosiyasi təlatüm dövrünə qədəm qoyub” - Tokayev
Bu sözləri Jetısus vilayətinin ictimaiyyət nümayəndələri ilə görüşən Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
Qazaxıstan Prezidenti vurğulayıb ki, qazax cəmiyyətini parçalamaq cəhdlərinin qarşısı çox ciddi şəkildə alınacaq.
“Qanun və asayiş birinci yerdə olmalıdır, yalnız bu əsasda biz xalqımızın rifahını təmin edə bilərik. Müstəqillik, birlik və sabitlik hamımızın qorumalı olduğu əsas dəyərlərdir”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.
Tokayev çıxışının davamında əlavə edib ki, yaşadığımız dünyada münaqişələr və müharibələr artır, ölkələr arasında inamsızlıq özünü kəskin şəkildə göstərir:
“Belə mürəkkəb reallıqda xalqımızın birliyi, cəmiyyətdə harmoniya və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkəmizin gələcək tərəqqisinin, eləcə də Qazaxıstanın ərazi bütövlüyünün qorunub saxlanılmasının, ölkəmizin təhlükəsizliyinin təmin edilməsinin əsas şərtidir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025


























