Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsia Rusiyanın hücumundan əziyyət çəkən yaxın qohumlarından və müharibə nəticəsində həlak olan ailə üzvlərindən danışıb.

Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunu Baş Assambleyanın fövqəladə xüsusi sessiyasında “Ukraynanın ərazi bütövlüyü: Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinin müdafiəsi” adlı qətnamə layihəsini təqdim edərkən bildirib.

“Ölkəm hücuma məruz qalıb, yaxın qohumlarım hücuma məruz qalan yaşayış binasında olublar (Rusiya Federasiyası tərəfindən - red). İşıq olmadığı üçün bomba sığınacağına gedə bilməyiblər. Rusiya artıq mənim ailə üzvlərindən birini öldürüb və bu qəddarlığın sonu yoxdur”, - Kislitsia bildirib.