Ukrayanada daha bir deputat vətənə xəyanətdə ittiham olunub.

Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu məlumat yayıb. Bildirilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları III-IX çağırışların Ukraynanın xalq deputatı Andriy Derkaça dövlətə xəyanət və qanunsuz varlanma şübhəsi ilə bağlı cinayət işi açıb. 

Bundan əlavə deputat beynəlxalq axtarışa verilib.

Andriy Derkaç 2019-2022-ci illər ərzində Ukraynaya qarşı təxribat fəaliyyətinə görə Rusiya Federasiyasının hüquq-mühafizə və kəşfiyyat orqanlarından azı 567 min dollar alıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.