Türkiyə Silahlı Qüvvələri "Pəncə-Kilit əməliyyatında indiyə qədər 371 terrorçunu zərərsizləşdirib.

“Mediatv.az” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib. 

“Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yaralılarımız var, onların tezliklə sağalmasını arzulayırıq. Terrorla mübarizəmiz terroru mənbəyində məhv etmək strategiyasına əsaslanaraq artan templə hücumçu yanaşma ilə davam edəcək. Mehmetçiklərimiz  əlçatmaz deyilən bütün yerlərə girib, əlçatmaz deyilən yerlərdən çıxıb.