Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə yeni baş müşaviri, ATƏT-in amerikalı həmsədri Filip Rikeri qəbul edib.

"Mediatv.az" xəbər verir ki, bu barədə İrakli Qaribaşvili öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, görüşdə Gürcüstanın Avropaya inteqrasiyası, ABŞ və Gürcüstan arasında strateji əməkdaşlıq məsələləri, o cümlədən ABŞ-ın regionda və onun hüdudlarından kənarda rolu müzakirə olunub.

Tərəflər Ukraynada davam edən müharibə vəziyyətini müzakirə ediblər, Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə də diqqət yetirilib.